Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bağçalarda hazırda 16 minə yaxın boş yer var - nazir

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Emin Əmrullayev uşaq bağçalarına elektron qəbula başlanıldığını, çatışmazlıqların aradan qaldırıldığını bildirib.
BAKI, 25 noyabr - Sputnik. Bakıdakı 6 saylı məktəbdə elm və təhsil naziri Emin Əmrullayevin brifinqi başlayıb. Emin Əmrullayev nazirliyin adının dəyişdirilməsindən sonra 2023-cü ilin yanvar ayından yeni strukturların fəaliyyətə başlayacağını bildirib.
O, həmçinin elmi-tədqiqat institutları ilə birgə magistratura proqramlarına başlanılacağını da söyləyib. Nazir yeni ildən elmin inkişafı üçün yeni startegiyanın hazırlanacağını dilə gətirib.
Həmçinin qeyd edib ki, bu il 353 nəfər xaricdə təhsil üçün təqaüd alıb.
Daha sonra elm və təhsil naziri uşaq bağçalarına elektron qəbula başlanıldığını, çatışmazlıqların aradan qaldırıldığını bildirib.
Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üçün müraciət edən 4539 namizəddən 739 nəfər müsahibə mərhələsinə buraxılıb. Onlardan 332 nəfər uğur qazanıb:
“Amma bizim 122 vakant yerimiz var”, - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, hazırda nazirliyin tabeliyində olan bağçaların sayı 1634-dür. O bildirib ki, bu bağçalarda 116 min şagird yeri var və 99 min uşaq qeydiyyatdan keçib:
"Bağçalarda boş yerlər var, amma əksər hallarda problem valideynin arzu etdiyi bağçalarla bağlı yaranır. Bağçalarda hazırda 16 minə yaxın boş yer var”.
Emin Əmrullayev onu da bildirib ki, Elm və Təhsil Nazirliyi yanvardan yeni strukturda fəaliyyətə başlayacaq:
"Elm və Təhsil Nazirliyinin nəzdində 3 dövlət agentliyi qurulur. Hər üç agentliyin sənədləri hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsi bitib:
"Yanvardan yeni strukturda fəaliyyətə başlayacağıq", - deyə nazir fikrini tamamlayıb.
Xəbər lenti
0