https://sputnik.az/20221125/cahangir-novruzov-ii-44-qisa-tamasalar-festivali-cercivesinde-ustad-dersi-kecib-448975686.html
Cahangir Novruzov II "4.4 Qısa Tamaşalar Festivalı" çərçivəsində ustad dərsi keçib
Cahangir Novruzov II "4.4 Qısa Tamaşalar Festivalı" çərçivəsində ustad dərsi keçib
Sputnik Azərbaycan
Festival çərçivəsində xalq artistinin ustad dərsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "A.P.Çexovun "Ayı" və "Təklif" qısa pyesləri... 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T17:24+0400
2022-11-25T17:24+0400
2022-11-25T17:24+0400
cahangir novruzov
mədəniyyət
ustad dərsi
beynəlxalq festival
tamaşa
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/19/448975409_0:0:1000:563_1920x0_80_0_0_92aa28991d83745f75222c3f777cbce2.jpg
BAKI, 25 noyabr — Sputnik. Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, "Şuşa İli"nə ithaf olunmuş II "4.4 Qısa Tamaşalar Festivalı" başlayıb. Bu gündən başlayan festival noyabrın 30-dək davam edəcək. Festivalın keçirilməsində məqsəd, milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etməkdir. Festivalın müsabiqə proqramına daxil edilən 12 tamaşa Təşkilat Komitəsinə göndərilən 20-dən artıq əsər arasından seçilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.Bundan əlavə, festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb.Bu ilki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində tamaşaçılar K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı "Kreyser sonatası" tamaşasına baxa biləcəklər.Festival çərçivəsində Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "A.P.Çexovun "Ayı" və "Təklif" qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi" mövzusunda ustad dərsi keçib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/19/448975409_60:0:948:666_1920x0_80_0_0_c239fa3719345d8ca7b97ab99e772ae6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cahangir novruzov, ustad dərsi, beynəlxalq festival, tamaşa
cahangir novruzov, ustad dərsi, beynəlxalq festival, tamaşa
Cahangir Novruzov II "4.4 Qısa Tamaşalar Festivalı" çərçivəsində ustad dərsi keçib
Festival çərçivəsində xalq artistinin ustad dərsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "A.P.Çexovun "Ayı" və "Təklif" qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqinə həsr olunub.
BAKI, 25 noyabr — Sputnik. Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, "Şuşa İli"nə ithaf olunmuş II "4.4 Qısa Tamaşalar Festivalı" başlayıb. Bu gündən başlayan festival noyabrın 30-dək davam edəcək. Festivalın keçirilməsində məqsəd, milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etməkdir. Festivalın müsabiqə proqramına daxil edilən 12 tamaşa Təşkilat Komitəsinə göndərilən 20-dən artıq əsər arasından seçilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.
Bundan əlavə, festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb.
Bu ilki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində tamaşaçılar K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı "Kreyser sonatası" tamaşasına baxa biləcəklər.
Festival çərçivəsində Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "A.P.Çexovun "Ayı" və "Təklif" qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi" mövzusunda ustad dərsi keçib.