https://sputnik.az/20221125/bakinin-bu-mektebinde-fenn-muellimleri-catismir-448940441.html
Bakının bu məktəbində fənn müəllimləri çatışmır
Bakının bu məktəbində fənn müəllimləri çatışmır
Sputnik Azərbaycan
Ekspertin fikrincə, yeni rusdilli fənn müəllimlərinin çatışmazlığının isə əsas səbəblərindən biri vakansiyanın gec çıxarılmasıdır. 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T10:48+0400
2022-11-25T10:48+0400
2022-11-25T11:37+0400
müəllim
təhsil
bakı
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120783_0:0:1501:844_1920x0_80_0_0_9a47ed316a807c47217a3ee932ddc687.jpg
BAKI, 25 noyabr — Sputnik. Xətai rayonu, 17 saylı məktəbdə rus bölməsində yeni tədris ili başlanandan bugünədək fizika dərsi keçilmir. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. Onlar bildiriblər ki, buna səbəb rus bölməsi üzrə məktəbdə fizika müəlliminin olmamasıdır:Rus bölmələrində fənn müəllimlərinin çatışmazlığı dəfələrlə gündəmə gəlsə də, bu problem bugünədək qalmaqdadır.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, cari tədris ilində 17 nömrəli tam orta məktəbin rus bölməsi üzrə kimya müəlliminin ödənişsiz məzuniyyətdə olması səbəbilə vakant dərs saatları yaranıb. Bununla əlaqədar artıq digər təhsil müəssisəsindən ixtisaslı müəllim məktəbə cəlb olunub.Həmin məktəbin rus bölməsində müəllimin səhhəti ilə əlaqədar dərs saatlarından imtina etməsi səbəbilə fizika fənni üzrə də müəllimə ehtiyac yaranıb. Bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunub.Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, rus bölməsi üzrə müəllim çatışmazlığı problemi indi yox, yeni tədris ili başlamamış həll edilməli idi:K.Əsədovun sözlərinə görə, məktəblərdə rus dilli fənn müəllimlərinin çatışmamasının bir əsas səbəbi də yaşlı müəllimlərin əksəriyyətinin repetitorluqla məşğul olmasıdır:"Yeni rusdilli fənn müəllimlərinin çatışmazlığının isə əsas səbəblərindən biri vakansiyanın gec çıxarılmasıdır. Ehtiyatda kifayət qədər rusdilli ixtisaslı müəllimlər var. Həmin müəllimləri müddətli müqavilə ilə işə götürə, növbəti ildə imtahan edilə bilərlər. Bu zaman məktəblərdə bu vəziyyət yaranmaz".Ekspert deyir ki, keçid balı ən azı rus dilli müəllimlərin işə qəbulu zamanı aradan qaldırılmalıdır. Onun fikrincə, bal bilik göstəricisi deyil: "Həmin müəllimlər ali təhsilli müəllimlərdir. Onlar rusdilli kadr olduqlarından, rus dili bölməsində öz fənnlərini azərbaycan dilli müəllimlərdən daha yaxşı təşkil edə bilərlər".Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsi bu problemə aydınlıq gətirib. Bildirib ki, rus dili bölməsi üzrə müəllim yerinə vakansiya olsa da, həmin yerlərə işləməyə müəllim tapa bilmirlər:"Biz MİQ imtahanı üçün elan etdiyimiz yerlərin 15-18 faizini doldura bilirik. Xeyli sayda vakant yerlərimiz var. Amma həmin vakansiyalarda işləyəcək rus dilli müəllim tapa bilmirik. E. Əmrullayev bildirib ki, hətta rusdilli müəllimlərin məktəblərə cəlb edilməsi üçün MİQ imtahanlarında keçid balı 30-a salınıb".Onun fikrincə, keçid balını bundan aşağı salmaq şagirdlərə qarşı ədalətsizlikdir:"Biz nazirlik olaraq şagirdin qarşısına rus bölməsi üzrə 30 baldan aşağı toplayan müəllimi çıxarda bilmərik. Məsələn, rus bölməsində riyaziyyat fənni üzrə 106 vakant yer üzrə cəmi 22 namizəd keçid balını topalyıb. Bir çox alələrdə valideynlər rus dilində bilməsə belə, uşağını aşağı yaşdan stresə salıb rus bölməsinə yerləşdirmək istəyirlər. Bu isə nə uşağa, nə də valideynə heç nə vermir. Biz rus bölməsinin sayını və keyfiyyətini saxlayırıq. Bundan sonra da biz onları keyfiyyətli saxlamaq istəyirik. Amma nəzərə alaq ki, namizəd olmaldır ki, biz onları işə götürək. MİQ imtahanında Təsviri incəsənət üzrə rus bölməsində 93 yerə 16 müəllim keçib. Coğrafiya fənni üzrə rus bölməsində 48 yerə 7 namizəd var. İnformatika fənnində 158 yer üzrə12 müəllim işləmək istəyir. Ona görədə rus bölmələrinin sayını artırmaq fiziki olaraq mümkün deyil".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120783_0:0:1333:1000_1920x0_80_0_0_14eefe92f0f4146a03b528e534030c31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müəllim, bakı
Bakının bu məktəbində fənn müəllimləri çatışmır
10:48 25.11.2022 (Yenilənib: 11:37 25.11.2022) Ekspertin fikrincə, yeni rusdilli fənn müəllimlərinin çatışmazlığının isə əsas səbəblərindən biri vakansiyanın gec çıxarılmasıdır.
BAKI, 25 noyabr — Sputnik. Xətai rayonu, 17 saylı məktəbdə rus bölməsində yeni tədris ili başlanandan bugünədək fizika dərsi keçilmir. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib. Onlar bildiriblər ki, buna səbəb rus bölməsi üzrə məktəbdə fizika müəlliminin olmamasıdır:
"Məktəbimizdə rus bölməsində fizika müəllimi yeri boşdur. Hətta rus bölməsində kimya dərsini də Azərbaycan bölməsinin müəllimi keçir. Buna da səbəb rus bölməsi üzrə kimya fənn müəlliminin çatışmamasıdır".
Rus bölmələrində fənn müəllimlərinin çatışmazlığı dəfələrlə gündəmə gəlsə də, bu problem bugünədək qalmaqdadır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, cari tədris ilində 17 nömrəli tam orta məktəbin rus bölməsi üzrə kimya müəlliminin ödənişsiz məzuniyyətdə olması səbəbilə vakant dərs saatları yaranıb. Bununla əlaqədar artıq digər təhsil müəssisəsindən ixtisaslı müəllim məktəbə cəlb olunub.
Həmin məktəbin rus bölməsində müəllimin səhhəti ilə əlaqədar dərs saatlarından imtina etməsi səbəbilə fizika fənni üzrə də müəllimə ehtiyac yaranıb. Bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunub.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, rus bölməsi üzrə müəllim çatışmazlığı problemi indi yox, yeni tədris ili başlamamış həll edilməli idi:
"Necə olur ki, kurslar rus bölməsi üzrə fənn müəllimləri tapa bilir, amma nazirlik yox? Demək olmaz ki, rus bölməsi üzrə fənn müəllimləri ümumiyyətlə yoxdur. Var. Sadəcə olaraq, nazirliyin Müəllimlərin İşə Qəbul İmtahanında (MİQ) imtahan sualları o qədər qəlizləşdirilir ki, onlar tələb olunan balı toplaya bilmirlər. Çox yaxşı olardı ki, rus bölməsi üzrə MİQ imtahanlarında işə qəbul asanlaşdırılsın. Bu gün əksər rus bölmələrində fənn müəllimləri olmadığından, azərbaycan bölməsinin müəllimləri həmin fənnləri tədris edir. Bu, az bal toplayan ixtisaslı rusdilli müəllimin şagirdlərə dərs keçməsindən daha pisdir".
K.Əsədovun sözlərinə görə, məktəblərdə rus dilli fənn müəllimlərinin çatışmamasının bir əsas səbəbi də yaşlı müəllimlərin əksəriyyətinin repetitorluqla məşğul olmasıdır:
"Yeni rusdilli fənn müəllimlərinin çatışmazlığının isə əsas səbəblərindən biri vakansiyanın gec çıxarılmasıdır. Ehtiyatda kifayət qədər rusdilli ixtisaslı müəllimlər var. Həmin müəllimləri müddətli müqavilə ilə işə götürə, növbəti ildə imtahan edilə bilərlər. Bu zaman məktəblərdə bu vəziyyət yaranmaz".
Ekspert deyir ki, keçid balı ən azı rus dilli müəllimlərin işə qəbulu zamanı aradan qaldırılmalıdır. Onun fikrincə, bal bilik göstəricisi deyil: "Həmin müəllimlər ali təhsilli müəllimlərdir. Onlar rusdilli kadr olduqlarından, rus dili bölməsində öz fənnlərini azərbaycan dilli müəllimlərdən daha yaxşı təşkil edə bilərlər".
Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsi bu problemə aydınlıq gətirib. Bildirib ki, rus dili bölməsi üzrə müəllim yerinə vakansiya olsa da, həmin yerlərə işləməyə müəllim tapa bilmirlər:
"Biz MİQ imtahanı üçün elan etdiyimiz yerlərin 15-18 faizini doldura bilirik. Xeyli sayda vakant yerlərimiz var. Amma həmin vakansiyalarda işləyəcək rus dilli müəllim tapa bilmirik. E. Əmrullayev bildirib ki, hətta rusdilli müəllimlərin məktəblərə cəlb edilməsi üçün MİQ imtahanlarında keçid balı 30-a salınıb".
Onun fikrincə, keçid balını bundan aşağı salmaq şagirdlərə qarşı ədalətsizlikdir:
"Biz nazirlik olaraq şagirdin qarşısına rus bölməsi üzrə 30 baldan aşağı toplayan müəllimi çıxarda bilmərik. Məsələn, rus bölməsində riyaziyyat fənni üzrə 106 vakant yer üzrə cəmi 22 namizəd keçid balını topalyıb. Bir çox alələrdə valideynlər rus dilində bilməsə belə, uşağını aşağı yaşdan stresə salıb rus bölməsinə yerləşdirmək istəyirlər. Bu isə nə uşağa, nə də valideynə heç nə vermir. Biz rus bölməsinin sayını və keyfiyyətini saxlayırıq. Bundan sonra da biz onları keyfiyyətli saxlamaq istəyirik. Amma nəzərə alaq ki, namizəd olmaldır ki, biz onları işə götürək. MİQ imtahanında Təsviri incəsənət üzrə rus bölməsində 93 yerə 16 müəllim keçib. Coğrafiya fənni üzrə rus bölməsində 48 yerə 7 namizəd var. İnformatika fənnində 158 yer üzrə12 müəllim işləmək istəyir. Ona görədə rus bölmələrinin sayını artırmaq fiziki olaraq mümkün deyil".