Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

AzTV Üzeyir Hacıbəyli barədə film çəkdi – Bəstəkar 18 il niyə heç nə yazmayıb?

© Photo : AZTV"Üzeyir Hacıbəyli: bir portretin ştrixləri" adlı bədii-sənədli filminin təqdimat mərasimi
Üzeyir Hacıbəyli: bir portretin ştrixləri adlı bədii-sənədli filminin təqdimat mərasimi - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Filmdə dahi bəstəkarla bağlı uzun illər gizli qalmış faktlar açıqlanır, onun həyatı ilə bağlı maraqlı məqamlar üzə çıxarılır, bəstəkarın 18 il heç nə qələmə almamasının əsl səbəbləri işıqlandırılır.
BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Dövlət Film Fondunda dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir Hacıbəyli: bir portretin ştrixləri" adlı bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.
Film "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC tərəfindən lentə alınıb. Təqdimat mərasimində filmin yaradıcı heyəti, QSC rəsmiləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.
QSC-nin "Sabah" Yaradıcılıq Studiyasında hazırlanan "Yad et məni" bədii-sənədli filmlər silsiləsindən olan bu filmdə Üzeyir Hacıbəyli ilə bağlı uzun illər gizli qalmış faktlar açıqlanır.
Filmin ideya müəllifi xalq artisti Ramiz Həsənoğlu bu film-tamaşanı Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı ərsəyə gətiriləcək iriçaplı bədii filmin başlanğıcı hesab edir. Rejissor Üzeyir bəylə bağlı ekran əsərinin ardının olacağını, yeni bir filmin tamaşaçıları gözlədiyini bildirib:

"Üzeyir bəy haqqında nə qədər film çəkilsə, azdır. Bunun davamı da olacaq. Onun haqqında çox filmlər çəkilib, amma bu filmdə Hacıbəyli və o dövrlə bağlı xeyli araşdırmalar filmdə öz əksini tapıb. Filmdə Üzeyir Hacıbəyli ilə bağlı uzun illər gizli qalmış faktlar açıqlanır, onun həyatı ilə bağlı maraqlı məqamlar üzə çıxarılır, bəstəkarın 18 il heç nə qələmə almamasının əsl səbəbləri işıqlandırılır".

© Photo : AZTV"Üzeyir Hacıbəyli: bir portretin ştrixləri" adlı bədii-sənədli filminin təqdimat mərasimi
Üzeyir Hacıbəyli: bir portretin ştrixləri adlı bədii-sənədli filminin təqdimat mərasimi - Sputnik Azərbaycan, 1920, 25.11.2022
"Üzeyir Hacıbəyli: bir portretin ştrixləri" adlı bədii-sənədli filminin təqdimat mərasimi
Qeyd edək ki, "Üzeyir Hacıbəyli: bir portretin ştrixləri" film-tamaşasının quruluşçu rejissoru Adil Azay, ssenari müəllifi Afaq Vasifqızı, Üzeyir Hacıbəylini canlandıran aktyor isə Ədalət Əbdülsəmədovdur. Filmdə Emin Nəsirli, İranə Kərimova, Elnur Qədirov, Elnur Hüseynov və digərləri rol alıb.
Qeyd edək ki, "Yad et məni" layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.
Bədii-sənədli film 26 noyabr saat 16:15-də AzTV-də yayımlanacaq.
Xəbər lenti
0