https://sputnik.az/20221125/azeriqaz-qaz-serfiyyatinda-limiti-kecmeyen-abonentlerin-sayini-aciqlayib-448959917.html
"Azəriqaz" qaz sərfiyyatında limiti keçməyən abonentlərin sayını açıqlayıb
"Azəriqaz" qaz sərfiyyatında limiti keçməyən abonentlərin sayını açıqlayıb
Sputnik Azərbaycan
"Azəriqaz" rəsmisi bildirib ki, əhaliyə normal təzyiqli qazın verilişini təmin edilir ki, bu da itkilərin qarşısının alınmasına da səbəb olan amillərdən... 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T21:27+0400
2022-11-25T21:27+0400
2022-11-25T21:27+0400
"azəriqaz"
cəmiyyət
abonent
limit
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494724_0:211:3073:1939_1920x0_80_0_0_d83d13d90f0ed2c7ef1dd0e85c37e933.jpg
BAKI, 25 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58,8% abonent qaz sərfiyyatında 1200 kubmetrlik limiti keçməyib.Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyası zamanı bildirib.O bildirib ki, bu da 1 milyon 441 min abonent deməkdir: "Bu, kifayət qədər normal rəqəmdir, çünki ötən ilin cari dövrü ilə müqayisədə xeyli fərq var".E.Vəliyevin sözlərinə görə, burada əhali abonentlərin qazla davranışı, hava şəraitinin nisbətən yaxşı keçməsinin də təsiri var: "Eyni zamanda, bu nəticəyə "Azəriqaz"ın qaz kəmərləri və xətlərin yenilənməsi və dəyişməsi, həmçinin qaz sızmalarının qarşısının alınması ilə bağlı gördüyü işlər də daxildir"."Azəriqaz" əhaliyə normal təzyiqli qazın verilişini təmin edir ki, bu da hər hansı itkilərin qarşısının alınmasına da səbəb olan amillərdən biridir", - deyə o əlavə edib.Xatırladaq ki, 2021-ci ilin oktyabr ayından etibarən Tarif (Qiymət) Şurasının qərarına əsasən, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanır. Əhali üçün 1200 - 2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik təşkil edir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494724_0:0:2731:2048_1920x0_80_0_0_38dce8098f2661a17e0d8a0221a8726d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
"azəriqaz", abonent, limit, azərbaycan
"azəriqaz", abonent, limit, azərbaycan
"Azəriqaz" qaz sərfiyyatında limiti keçməyən abonentlərin sayını açıqlayıb
"Azəriqaz" rəsmisi bildirib ki, əhaliyə normal təzyiqli qazın verilişini təmin edilir ki, bu da itkilərin qarşısının alınmasına da səbəb olan amillərdən biridir.
BAKI, 25 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58,8% abonent qaz sərfiyyatında 1200 kubmetrlik limiti keçməyib.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyası zamanı bildirib.
O bildirib ki, bu da 1 milyon 441 min abonent deməkdir: "Bu, kifayət qədər normal rəqəmdir, çünki ötən ilin cari dövrü ilə müqayisədə xeyli fərq var".
E.Vəliyevin sözlərinə görə, burada əhali abonentlərin qazla davranışı, hava şəraitinin nisbətən yaxşı keçməsinin də təsiri var: "Eyni zamanda, bu nəticəyə "Azəriqaz"ın qaz kəmərləri və xətlərin yenilənməsi və dəyişməsi, həmçinin qaz sızmalarının qarşısının alınması ilə bağlı gördüyü işlər də daxildir".
"Azəriqaz" əhaliyə normal təzyiqli qazın verilişini təmin edir ki, bu da hər hansı itkilərin qarşısının alınmasına da səbəb olan amillərdən biridir", - deyə o əlavə edib.
Xatırladaq ki, 2021-ci ilin oktyabr ayından etibarən Tarif (Qiymət) Şurasının qərarına əsasən, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanır. Əhali üçün 1200 - 2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik təşkil edir.