https://sputnik.az/20221125/azerbaycanda-ilk-defe-qehremanlar-qadin-rejissorlarin-gozu-ile-448922675.html
Azərbaycanda ilk dəfə: "Qəhrəmanlar qadın rejissorların gözü ilə"
Azərbaycanda ilk dəfə: "Qəhrəmanlar qadın rejissorların gözü ilə"
Sputnik Azərbaycan
Filmlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" layihəsi çərçivəsində... 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T08:32+0400
2022-11-25T08:32+0400
2022-11-25T08:32+0400
kino
mədəniyyət
milli qəhrəman
azərbaycanın milli qəhrəmanı
https://cdnn1.img.sputnik.az/img/42183/89/421838944_0:121:3213:1928_1920x0_80_0_0_1cd5a792e76e49630edba06887867453.jpg
BAKI, 25 noyabr — Sputnik. Azərbaycanda ilk dəfə "Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçiriləcək.Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, tədbirdə Qarabağ müharibəsində şəhid olmuş 3 Milli Qəhrəman haqqında qadın rejissorların çəkdikləri sənədli filmlər nümayiş olunacaq. Bunlar Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərova həsr olunan "Oğlumun gündəliyi" sənədli filmi (rejissor Elnaz Əbluc), Azərbaycanın Milli Qəhrəmanı Səfa Axundova həsr olunan "Göylərə bağlı Səfa" filmi (rejissor Zülfiyyə Abdullayeva) və Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanova həsr olunan "Mən sizinləyəm" sənədli filmidir (rejissor Kəmalə Mirzəyeva).Qeyd olunan filmlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" layihəsi çərçivəsində hazırlanıb. Qeyd edək ki, artıq uzun müddətdir studiyada Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlər çəkilir.Tədbir 25 noyabr saat 19.00-da Nizami Kino Mərkəzində keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42183/89/421838944_242:0:2971:2047_1920x0_80_0_0_4ee2dbf9bc83aeba6cef4b5ce88006dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kino, milli qəhrəman, azərbaycanın milli qəhrəmanı
kino, milli qəhrəman, azərbaycanın milli qəhrəmanı
Azərbaycanda ilk dəfə: "Qəhrəmanlar qadın rejissorların gözü ilə"
Filmlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" layihəsi çərçivəsində hazırlanıb.
BAKI, 25 noyabr — Sputnik. Azərbaycanda ilk dəfə "Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçiriləcək.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, tədbirdə Qarabağ müharibəsində şəhid olmuş 3 Milli Qəhrəman haqqında qadın rejissorların çəkdikləri sənədli filmlər nümayiş olunacaq.
Bunlar Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərova həsr olunan "Oğlumun gündəliyi" sənədli filmi (rejissor Elnaz Əbluc), Azərbaycanın Milli Qəhrəmanı Səfa Axundova həsr olunan "Göylərə bağlı Səfa" filmi (rejissor Zülfiyyə Abdullayeva) və Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanova həsr olunan "Mən sizinləyəm" sənədli filmidir (rejissor Kəmalə Mirzəyeva).
Qeyd olunan filmlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" layihəsi çərçivəsində hazırlanıb. Qeyd edək ki, artıq uzun müddətdir studiyada Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlər çəkilir.
Tədbir 25 noyabr saat 19.00-da Nizami Kino Mərkəzində keçiriləcək.