https://sputnik.az/20221125/azerbaycan-xn-niderlanda-cagiris-edib-448981692.html
Azərbaycan XİN Niderlanda çağırış edib
Azərbaycan XİN Niderlanda çağırış edib
Sputnik Azərbaycan
Ayxan Hacızadə bildirib ki, bu ölkənin sülh prosesinə mane olmaqla Ermənistanda revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgə ölkələrinin sülh, sabitlik və... 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T19:14+0400
2022-11-25T19:14+0400
2022-11-25T19:14+0400
niderland
siyasət
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/19/448981529_0:0:2759:1552_1920x0_80_0_0_f3be51f77ae847c53d2395b21b3ba672.jpg
BAKI, 25 noyabr — Sputnik. Əvvəlki illərdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən tam qərəzli qətnamələrin qəbul edildiyi məlumdur.Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib:"30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, mülki əhaliyə qarşı qəddarcasına törədilmiş qırğınlara, talan və vandallıqlara göz yuman Niderlandın qanunvericilik orqanında belə bir təklifin irəli sürülməsi ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının bir nümunəsidir".Daha sonra Ayxan Hacızadə bildirib ki, bununla yanaşı, 2020-ci il müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmadığını, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirdiyini, sərhədboyu bölgələrdə hərbiləşməni artırdığını, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətdiyini və sülh prosesinə qarşı destruktiv addımlar atdığını Niderland tərəfinə xatırladıb:"Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə baş vermiş toqquşmalar barədə qətnamədəki iddialara gəldikdə qeyd edək ki, sentyabr ayında döyüşlər məhz Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması və hərbi obyektlərimizə hücum nəticəsində meydana gəlmişdir. Sentyabr ayında Azərbaycan yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq vermiş və hərbi mövqeləri hədəf almışdır. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı hər kəsə məlumdur".İdarə rəisi Azərbaycanın guya Ermənistanın cənubunu işğal etməsi niyyəti barədə qətnamədə qeyd edilən cəfəng fikirlərə gəldikdə Niderland parlamentarilərinin diqqətinə çatdıraraq bildirib ki, Azərbaycan tərəfi qarşılılıq prinsipinə əsaslanmaqla, Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və ərazi bütövlüyü çərçivəsində normallaşması təşəbbüsünü irəlilətməkdədir:Diplomat vurğulayıb ki, Niderland tərəfinin sülh prosesinə mane olmaqla Ermənistanda revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verməsi faydalı olardı."Qeyd edilən qətnamə layihəsini qətiyyətlə rədd edir, Niderland tərəfini birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq", -deyə nazirlik rəsmisi qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/19/448981529_0:0:2731:2048_1920x0_80_0_0_947b75a99dc46917d7b6a116d98005da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
niderland, azərbaycan xin
niderland, azərbaycan xin
Azərbaycan XİN Niderlanda çağırış edib
Ayxan Hacızadə bildirib ki, bu ölkənin sülh prosesinə mane olmaqla Ermənistanda revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verməsi faydalı olardı.
BAKI, 25 noyabr — Sputnik. Əvvəlki illərdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən tam qərəzli qətnamələrin qəbul edildiyi məlumdur.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib:
"30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, mülki əhaliyə qarşı qəddarcasına törədilmiş qırğınlara, talan və vandallıqlara göz yuman Niderlandın qanunvericilik orqanında belə bir təklifin irəli sürülməsi ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının bir nümunəsidir".
Daha sonra Ayxan Hacızadə bildirib ki, bununla yanaşı, 2020-ci il müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmadığını, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirdiyini, sərhədboyu bölgələrdə hərbiləşməni artırdığını, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətdiyini və sülh prosesinə qarşı destruktiv addımlar atdığını Niderland tərəfinə xatırladıb:
"Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə baş vermiş toqquşmalar barədə qətnamədəki iddialara gəldikdə qeyd edək ki, sentyabr ayında döyüşlər məhz Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması və hərbi obyektlərimizə hücum nəticəsində meydana gəlmişdir. Sentyabr ayında Azərbaycan yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq vermiş və hərbi mövqeləri hədəf almışdır. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı hər kəsə məlumdur".
İdarə rəisi Azərbaycanın guya Ermənistanın cənubunu işğal etməsi niyyəti barədə qətnamədə qeyd edilən cəfəng fikirlərə gəldikdə Niderland parlamentarilərinin diqqətinə çatdıraraq bildirib ki, Azərbaycan tərəfi qarşılılıq prinsipinə əsaslanmaqla, Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və ərazi bütövlüyü çərçivəsində normallaşması təşəbbüsünü irəlilətməkdədir:
Diplomat vurğulayıb ki, Niderland tərəfinin sülh prosesinə mane olmaqla Ermənistanda revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verməsi faydalı olardı.
"Qeyd edilən qətnamə layihəsini qətiyyətlə rədd edir, Niderland tərəfini birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq", -deyə nazirlik rəsmisi qeyd edib.