https://sputnik.az/20221125/abs-turkiyeye-quru-emeliyyati-olmadan-kurd-doyusculerini-geri-cekmeyi-teklif-edir-448951696.html
ABŞ Türkiyəyə quru əməliyyatı olmadan kürd döyüşçülərini geri çəkməyi təklif edir
ABŞ Türkiyəyə quru əməliyyatı olmadan kürd döyüşçülərini geri çəkməyi təklif edir
Sputnik Azərbaycan
Amerikalılar Türkiyədən quru əməliyyatına ehtiyac olmadan, kürd döyüşçülərini 30 kilometrlik məsafəyə geri çəkməyi təklif edirlər. 25.11.2022, Sputnik Azərbaycan
2022-11-25T11:58+0400
2022-11-25T11:58+0400
2022-11-25T16:46+0400
kürd
dünya xəbərləri
türkiyə
abş
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0c/425449329_0:160:2881:1781_1920x0_80_0_0_88c62557dbc830c70549d6d38db2cfa8.jpg
BAKI, 25 noyabr — Sputnik. Vaşinqton Ankaraya Türkiyə Silahlı Qüvvələrinin quru əməliyyatına ehtiyac olmadan Suriyanın şimalındakı kürd yaraqlılarını 30 kilometr məsafədən geri çəkməyi təklif edir.Bunu Türkiyə hökumət dairələrinə yaxın olan "Hürriyet" qəzetinin köşə yazarı Əbdülkadir Selvi yazıb.Noyabrın 20-də Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirib - İraqın şimalında olduğu kimi Kobani şəhərinə də zərbələr endirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib."Prezident Ərdoğanın qətiyyətini bilən amerikalılar bu məsələni əməliyyatsız həll etmək üçün tədbirlər gördülər. ABŞ Baş Qərargah rəisi Türkiyə Milli Baş Qərargah rəisi Yaşar Gülərlə danışıqlar aparıb. Türkiyə milli müdafiə naziri Hulusi Akar ABŞ səfirini Ankarada qəbul edib. Bu danışıqlar təbiidir, çünki Kobanidə ABŞ əsgərləri də var. Bölgə ABŞ-ın nəzarətindədir. Amerikalılar Türkiyədən quru əməliyyatına ehtiyac olmadan, kürd döyüşçülərini 30 kilometrlik məsafəyə geri çəkməyi təklif edirlər", - köşə yazarı qeyd edib.Selvi Türkiyə və Rusiya müdafiə nazirləri arasında aparılan danışıqlara da diqqət çəkib."Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə də danışıqlar aparıb. Bu o deməkdir ki, quru əməliyyatı qaçılmazdır. Çünki indiyə qədər verilən vədlər yerinə yetirilməyib".Akar Şoyqu ilə telefon danışığı zamanı Ankaranın Suriyanın şimalında prioritetinin terror təhlükəsinin qarşısını almaq olduğunu deyib, tərəflər razılaşmalara əməl etməyin vacibliyini vurğulayıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0c/425449329_506:0:2881:1781_1920x0_80_0_0_733a8068871da5b6cc24b2116ffdf866.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kürd, türkiyə, abş
ABŞ Türkiyəyə quru əməliyyatı olmadan kürd döyüşçülərini geri çəkməyi təklif edir
11:58 25.11.2022 (Yenilənib: 16:46 25.11.2022) Amerikalılar Türkiyədən quru əməliyyatına ehtiyac olmadan, kürd döyüşçülərini 30 kilometrlik məsafəyə geri çəkməyi təklif edirlər.
BAKI, 25 noyabr — Sputnik. Vaşinqton Ankaraya Türkiyə Silahlı Qüvvələrinin quru əməliyyatına ehtiyac olmadan Suriyanın şimalındakı kürd yaraqlılarını 30 kilometr məsafədən geri çəkməyi təklif edir.
Bunu Türkiyə hökumət dairələrinə yaxın olan "Hürriyet" qəzetinin köşə yazarı Əbdülkadir Selvi yazıb.
Noyabrın 20-də Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirib - İraqın şimalında olduğu kimi Kobani şəhərinə də zərbələr endirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib.
"Prezident Ərdoğanın qətiyyətini bilən amerikalılar bu məsələni əməliyyatsız həll etmək üçün tədbirlər gördülər. ABŞ Baş Qərargah rəisi Türkiyə Milli Baş Qərargah rəisi Yaşar Gülərlə danışıqlar aparıb. Türkiyə milli müdafiə naziri Hulusi Akar ABŞ səfirini Ankarada qəbul edib. Bu danışıqlar təbiidir, çünki Kobanidə ABŞ əsgərləri də var. Bölgə ABŞ-ın nəzarətindədir. Amerikalılar Türkiyədən quru əməliyyatına ehtiyac olmadan, kürd döyüşçülərini 30 kilometrlik məsafəyə geri çəkməyi təklif edirlər", - köşə yazarı qeyd edib.
Selvi Türkiyə və Rusiya müdafiə nazirləri arasında aparılan danışıqlara da diqqət çəkib.
"Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə də danışıqlar aparıb. Bu o deməkdir ki, quru əməliyyatı qaçılmazdır. Çünki indiyə qədər verilən vədlər yerinə yetirilməyib".
Akar Şoyqu ilə telefon danışığı zamanı Ankaranın Suriyanın şimalında prioritetinin terror təhlükəsinin qarşısını almaq olduğunu deyib, tərəflər razılaşmalara əməl etməyin vacibliyini vurğulayıblar.