https://sputnik.az/20221124/stanbulda-vefat-eden-azerbaycanli-xanende-haqqinda-kitab-isiq-uzu-gorub-448934331.html
İstanbulda vəfat edən azərbaycanlı xanəndə haqqında kitab işıq üzü görüb
İstanbulda vəfat edən azərbaycanlı xanəndə haqqında kitab işıq üzü görüb
Sputnik Azərbaycan
Nəşrdə böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı... 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T23:56+0400
2022-11-24T23:56+0400
2022-11-24T23:56+0400
istanbul
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/41024/31/410243169_0:0:2000:1125_1920x0_80_0_0_0359994f00fd7ebc5a2477f7d2303e73.jpg
BAKI, 24 noyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb. Mərkəzdən verilən məlumata görə, əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilmiş "Salam, Məşədi" adlı nəşrdə böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı yer alıb. Kitabda həmçinin indiyə qədər heç yerdə dərc olunmamış Almaniyanın "Sport- Rekord" , Fransanın "Pate" firmalarının tərtib etdiyi kataloqlar da əks olunub. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır. Muğam tariximizlə maraqlanan oxucular müəllifin axtarışları nəticəsində tədqiqat qrupunun üzvü Dilqəm Əhməd tərəfindən xanəndəyə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər. Kitaba Ön sözü Xalq artisti, bəstəkar Sərdar Fərəcov yazıb. Redaktoru Kənan Hacıdır. Nəşr "Çapar" yayınlarında hazırlanıb.Kitabın təqdimat mərasimi 28 sentyabr saat 14:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.Qeyd edək ki, BMM silsilə olaraq mərkəzin foyesində büstləri qoyulan sənətkarların həyat və yaradıcılığına həsr edilən kitabları nəşr edərək oxuculara təqdim edir. Bu günə kimi Bülbülcan, Sadıqcan, Xan Şuşinski, Sara Qədimova və başqa sənətkarlarla bağlı kitablar işıq üzü görüb.Məşədi Məmməd Fərzəliyev kimdir?Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik edib. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı.Məşədi Məmmədin oxuduğu "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Kürdü Şahnaz", "Heyratı", "Mənsuriyyə", "Səmayi–Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı", "Kərəmi", "Əfşarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də "Şüştər" ustası kimi daha məşhur idi.Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən bir dəvət aldı. O, Varşavada tarzən Qurban Pirimov, kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə 40-a qədər muğam, təsnif və mahnını oxuyub vala yazdırır. Daha sonra Kiyev şəhərindən dəvət gəldi. Görkəmli sənətkar burada "Ekstrafon" şirkəti tərəfindən muğam və xalq mahnılarını qramofon valına yazdırdı. Müasirləri yazırlar ki, Məşədi Məmməd bütün muğam və mahnılarında ən çox Natəvanın qəzəllərini ifa edərmiş. Məşhur bir xanəndə kimi tanınmış Məşədi Məmməd 1913-cü ilin yazında Zubalov adına xalq evi tərəfindən Tiflisə dəvət edilir. 1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda konsertlər verir.1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır.1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxmış, bir daha Azərbaycana qayıtmayıb. Məşədi Məmməd Fərzəliyev uzun illər Türkiyənin İstanbul şəhərində yaşamış və 1962-ci ildə dünyasını dəyişib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41024/31/410243169_270:0:1938:1251_1920x0_80_0_0_4224c72a07ad689777bc817c3f3c1fb3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
istanbul
İstanbulda vəfat edən azərbaycanlı xanəndə haqqında kitab işıq üzü görüb
Nəşrdə böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı yer alıb.
BAKI, 24 noyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb. Mərkəzdən verilən məlumata görə, əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilmiş "Salam, Məşədi" adlı nəşrdə böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı yer alıb. Kitabda həmçinin indiyə qədər heç yerdə dərc olunmamış Almaniyanın "Sport- Rekord" , Fransanın "Pate" firmalarının tərtib etdiyi kataloqlar da əks olunub. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.
Muğam tariximizlə maraqlanan oxucular müəllifin axtarışları nəticəsində tədqiqat qrupunun üzvü Dilqəm Əhməd tərəfindən xanəndəyə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər. Kitaba Ön sözü Xalq artisti, bəstəkar Sərdar Fərəcov yazıb. Redaktoru Kənan Hacıdır. Nəşr "Çapar" yayınlarında hazırlanıb.
Kitabın təqdimat mərasimi 28 sentyabr saat 14:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Qeyd edək ki, BMM silsilə olaraq mərkəzin foyesində büstləri qoyulan sənətkarların həyat və yaradıcılığına həsr edilən kitabları nəşr edərək oxuculara təqdim edir. Bu günə kimi Bülbülcan, Sadıqcan, Xan Şuşinski, Sara Qədimova və başqa sənətkarlarla bağlı kitablar işıq üzü görüb.
Məşədi Məmməd Fərzəliyev kimdir?
Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik edib. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı.
Məşədi Məmmədin oxuduğu "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Kürdü Şahnaz", "Heyratı", "Mənsuriyyə", "Səmayi–Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı", "Kərəmi", "Əfşarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də "Şüştər" ustası kimi daha məşhur idi.
Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən bir dəvət aldı. O, Varşavada tarzən Qurban Pirimov, kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə 40-a qədər muğam, təsnif və mahnını oxuyub vala yazdırır. Daha sonra Kiyev şəhərindən dəvət gəldi. Görkəmli sənətkar burada "Ekstrafon" şirkəti tərəfindən muğam və xalq mahnılarını qramofon valına yazdırdı. Müasirləri yazırlar ki, Məşədi Məmməd bütün muğam və mahnılarında ən çox Natəvanın qəzəllərini ifa edərmiş. Məşhur bir xanəndə kimi tanınmış Məşədi Məmməd 1913-cü ilin yazında Zubalov adına xalq evi tərəfindən Tiflisə dəvət edilir. 1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda konsertlər verir.
1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır.
1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxmış, bir daha Azərbaycana qayıtmayıb. Məşədi Məmməd Fərzəliyev uzun illər Türkiyənin İstanbul şəhərində yaşamış və 1962-ci ildə dünyasını dəyişib.