https://sputnik.az/20221124/sgaldan-azad-edilmis-bu-erazilerde-turizm-komplekslerinin-tikintisi-planlasdirilir-448919818.html
İşğaldan azad edilmiş bu ərazilərdə turizm komplekslərinin tikintisi planlaşdırılır
İşğaldan azad edilmiş bu ərazilərdə turizm komplekslərinin tikintisi planlaşdırılır
Sputnik Azərbaycan
2025-ci ilə qədər həm daxili, həm xarici turistlər nəzərə alınmaqla təxminən bir milyona yaxın insanın bu bölgəyə səfəri proqnozlaşdırılır. 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T21:50+0400
2022-11-24T21:50+0400
2022-11-24T21:50+0400
suqovuşan
azərbaycan xəbərləri
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425151438_0:31:1000:594_1920x0_80_0_0_4fd1fcaa3338295a91624d0ad1dfd852.jpg
BAKI, 24 noyabr — Sputnik. Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir.Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 24-də "Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı" layihəsi üzrə Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.F.Nağıyev bildirib ki, Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərdə bir neçə layihə həyata keçirir. "O cümlədən Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir. Ümumən regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır.Əlbəttə ki, həmin ərazilərdə turizm üçün ilkin mərhələ var, minalardan təmizlənmə, infrastrukturun qurulması və əhalinin qayıtması. Dövlət Turizm Agentliyi olaraq biz düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada turistləri qəbul edə biləcəyik. İlkin proqnozlarımız belədir ki, 2025-ci ilə qədər həm daxili, həm xarici turistlər nəzərə alınmaqla təxminən bir milyona yaxın insan həmin ərazilərə səfər edəcəklər. Bunun üçün bütün hazırlıq işləri aparılır", - deyə o qeyd edib.Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında da bu ərazilərdə turizmin inkişafına dair müvafiq bəndlər öz əksini tapıb. Belə ki, işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Eyni zamanda, turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425151438_84:0:916:624_1920x0_80_0_0_7099c3599b020527cb7083bfc0a0b458.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
suqovuşan, işğaldan azad edilmiş ərazilər
suqovuşan, işğaldan azad edilmiş ərazilər
İşğaldan azad edilmiş bu ərazilərdə turizm komplekslərinin tikintisi planlaşdırılır
2025-ci ilə qədər həm daxili, həm xarici turistlər nəzərə alınmaqla təxminən bir milyona yaxın insanın bu bölgəyə səfəri proqnozlaşdırılır.
BAKI, 24 noyabr — Sputnik. Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 24-də "Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı" layihəsi üzrə Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
F.Nağıyev bildirib ki, Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərdə bir neçə layihə həyata keçirir. "O cümlədən Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir. Ümumən regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır.
Əlbəttə ki, həmin ərazilərdə turizm üçün ilkin mərhələ var, minalardan təmizlənmə, infrastrukturun qurulması və əhalinin qayıtması. Dövlət Turizm Agentliyi olaraq biz düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada turistləri qəbul edə biləcəyik. İlkin proqnozlarımız belədir ki, 2025-ci ilə qədər həm daxili, həm xarici turistlər nəzərə alınmaqla təxminən bir milyona yaxın insan həmin ərazilərə səfər edəcəklər. Bunun üçün bütün hazırlıq işləri aparılır", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında da bu ərazilərdə turizmin inkişafına dair müvafiq bəndlər öz əksini tapıb. Belə ki, işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər.
Eyni zamanda, turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcəkdir.