DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda etirazlarda aralarında uşaqların da olduğu üç yüz nəfər həlak olub

© AFP 2024 / -İran
İran - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Volker Turk insan haqları pozuntuları ilə bağlı cəzasızlığın davam etməsinin İranda əsas problemlərdən biri olduğunu, bunun narazılığı və etimadsızlığı artırdığını vurğulayıb.
BAKI, 24 noyabr — Sputnik. İranda baş verən etirazlar zamanı 40-ı uşaq olmaqla 300 nəfər həlak olub. Bu, qəbuledilməzdir.
Bu barədə BMT-nin İnsan haqları üzrə Ali komissarı Volker Turk təşkilatın İnsan Haqları Şurasının İranda insan haqlarının vəziyyətinə dair keçirilən xüsusi sessiyasında bildirib.
O, etirazlar kontekstində bu vaxtadək aralarında uşaqlar da olmaqla təxminən 14 min nəfərin həbs olunduğunu əlavə edib.
Volker Turk insan haqları pozuntuları ilə bağlı cəzasızlığın davam etməsinin İranda əsas problemlərdən biri olduğunu, bunun narazılığı və etimadsızlığı artırdığını vurğulayıb: "Ona görə də mən insan haqları pozuntuları, beynəlxalq standartlarla uyğunluqla bağlı ittihamların araşdırılması üçün müstəqil, tərəfsiz və şəffaf təhqiqat prosesinə çağırıram".
BMT komissarı İran rəsmilərini dinc etiraz aksiyaları zamanı həbs edilənləri azad etməyə və ölüm hökmünə moratorium tətbiq etməyə çağırıb. (APA)
Xatırladaq ki, bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanada dövlətinin təklif etdiyi qətnamə layihəsinə səs veriblər. Builki qətnamə layihəsi son həftələrdə İranda keçirilən etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqları pisləyib.
Xəbər lenti
0