SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: Putin Azərbaycan-Ermənistan dəmiryolunun bərpası ideyasını dəstəkləyib

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Rusiya lideri ilə dəmiryolunun bərpası ilə bağlı işə qayıtmağın əhəmiyyəti barədə danışıblar.
BAKI, 24 noyabr - Sputnik. “Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənsitan arasında dəmir yolunun bərpası ideyası müzakirə olunub. Putin dəmiryolunun bərpası ideyasını dəstəkləyib".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, Horadiz-Mehri-Ordubad-Yerasx dəmiryolunun bərpası layihəsi canlandırıla bilər:
"Dünənki danışıqlarda biz dəmiryolunun bərpası ilə bağlı işə qayıtmağın əhəmiyyəti barədə danışdıq”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçriilən sammiti çərçivəsində V. Putinlə N.Paşinyan arasında görüş olub (Report).
Xəbər lenti
0