Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank İFC ilə birgə kibertəhlükəsizlik strategiyası hazırlayır

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank  - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Banklarda informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə olan qaydalarla bağlı monitorinqlər həyata keçirilir.
BAKI, 24 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlayır.
Bunu AMB-nin baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, AMB bu istiqamətdə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq edir: "Maliyyə bazarı iştirakçılarının informasiya təhlükəsizliyinin qorunması və kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində normativ-metodoloji baza inkişaf etdirilir. Banklarda informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə qaydalar var. Bu istiqamətdə monitorinqlər həyata keçiririk".
"IFC ilə birlikdə hazırlanan strategiya sektorda kibertəhdidlərin tənzimlənməsi, preventiv olaraq qarşısının alınması məsələlərini özündə ehtiva edəcək", - deyə o əlavə edib. (APA)
Qeyd edək ki, ötən il açıqlanan məlumatda bildirilir ki, milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsi 2022-ci ildə də mühüm prioritetlərdən biridir.
Xəbər lenti
0