https://sputnik.az/20221124/lham-eliyevden-struktur-deyisikliyi-ile-bagli-yeni-ferman-448938193.html
İlham Əliyevdən struktur dəyişikliyi ilə bağlı yeni fərman
İlham Əliyevdən struktur dəyişikliyi ilə bağlı yeni fərman
Sputnik Azərbaycan
Elektron Hökumətin İnkişafı Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilib. 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T19:43+0400
2022-11-24T19:43+0400
2022-11-24T20:03+0400
cəmiyyət
prezident ilham əliyev
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443494844_0:0:3131:1762_1920x0_80_0_0_db21c0bea3a4d08186d4f2593bcd978a.jpg
BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi, “Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 5 sentyabr 2012-ci il tarixli, “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 12 yanvar 2018-ci il tarixli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart 2018-ci il tarixli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 12 sentyabr 2018-ci il tarixli fərmanlarında dəyişiklik edib.Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin ona qoşulması formasında yenidən təşkil ediləcək.Bundan başqa, fərmanla Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən “Elektron hökumət” portalı, “MyGov” portalı və Elektron Hökumət İnformasiya Sisteminin alt sistemləri), “Rəqəmsal icra hakimiyyəti” portalı, Milli Məlumat Mübadiləsi sistemi (“ASAN Bridge”), Vahid Giriş Sistemi (“ASAN Login”), “ASAN Finans” sistemi, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və İnformasiya Mənbələrinin Reyestri, “İcazələrin alınması və monitorinqi sistemi”, habelə həmin sistem və reyestrlərlə əlaqəli olan digər əsas və yardımçı informasiya sistemləri üç ay müddətində texniki-texnoloji infrastrukturu ilə birlikdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443494844_400:0:3131:2048_1920x0_80_0_0_bd19682c504e801122750576f346c16d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
prezident ilham əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
İlham Əliyevdən struktur dəyişikliyi ilə bağlı yeni fərman
19:43 24.11.2022 (Yenilənib: 20:03 24.11.2022) Elektron Hökumətin İnkişafı Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilib.
BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi, “Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 5 sentyabr 2012-ci il tarixli, “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 12 yanvar 2018-ci il tarixli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart 2018-ci il tarixli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 12 sentyabr 2018-ci il tarixli fərmanlarında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Bundan başqa, fərmanla Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən “Elektron hökumət” portalı, “MyGov” portalı və Elektron Hökumət İnformasiya Sisteminin alt sistemləri), “Rəqəmsal icra hakimiyyəti” portalı, Milli Məlumat Mübadiləsi sistemi (“ASAN Bridge”), Vahid Giriş Sistemi (“ASAN Login”), “ASAN Finans” sistemi, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və İnformasiya Mənbələrinin Reyestri, “İcazələrin alınması və monitorinqi sistemi”, habelə həmin sistem və reyestrlərlə əlaqəli olan digər əsas və yardımçı informasiya sistemləri üç ay müddətində texniki-texnoloji infrastrukturu ilə birlikdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına veriləcək.