https://sputnik.az/20221124/ermenistanin-ktmt-meyuslugu-pasinyanin-planlari-niye-pozuldu-448932760.html
Ermənistanın KTMT məyusluğu: Paşinyanın planları niyə pozuldu?
Ermənistanın KTMT məyusluğu: Paşinyanın planları niyə pozuldu?
Sputnik Azərbaycan
Millət vəkili bildirib ki, Ermənistan və KTMT münasibətlərindəki bu vəziyyət Paşinyanın hakimiyyətə gəlməsi ilə başladılmış prosesin tərkib hissəsidir. 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T20:35+0400
2022-11-24T20:35+0400
2022-11-24T20:35+0400
ermənistanın baş naziri nikol paşinyan
təhlil
ktmt
kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/19/425289816_0:0:2775:1560_1920x0_80_0_0_2581c15690b73fcb86d730c1ee3595e1.jpg
BAKI, 24 noyabr — Sputnik. Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderləri İrəvanda toplandılar. İclasın gündəliyində müxtəlif mövzular dayanırdı. Ermənistanın isə bu iclasdan gözləntiləri daha çox idi. Xüsusən də "Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında" layihə İrəvanın ümidlərini puça çıxardı. Məhz buna görə də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etdi.Bəs Ermənistanın KTMT ilə bağlı planlarının iflasa uğramasının arxasında nə dayanır?Mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-la fikirlərini bölüşüb.Millət vəkili bildirib ki, Ermənistan və KTMT münasibətlərindəki bu vəziyyət Paşinyanın hakimiyyətə gəlməsi ilə başladılmış prosesin tərkib hissəsidir:"Paşinyan hələ müxalifətdə olduğu vaxt israrla Ermənistanın KTMT-ni tərk etməsini tələb edirdi. O bildirirdi ki, KTMT və Avrasiya İqtisadi Birliyindən uzaqlaşmaq lazımdır".Elşad Mirbəşiroğlu deyib ki, Paşinyan təlimatlarını Qərbdən alırdı və o, "Soros"un layihəsidir:"Onun hakimiyyətə gəlməsində "Soros"un rolu olub. "Soros"un ümumi xətti post-sovet məkanında özünə loyal iqtidarlar formalaşdırmaq və onları Rusiyadan uzaqlaşdırmaqdan ibarətdir. Məhz Paşinyanın hakimiyyətə gəlməsindən az sonra KTMT-nin ozamankı baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin başlanması da bunun tərkib hissəsi idi. Təbii ki, belə olan halda KTMT-nin Paşinyana münasibəti müsbət elementləri ifadə edə bilməzdi".Millət vəkili qeyd edib ki, KTMT liderləri mövcud Ermənistan hakimiyyətinə görə, Ermənistanla körpülərin tamamilə yandırılmaması üçün təmkin nümayiş etdirirlər:"Paşinyan KTMT-ni ölkəsinin işğalçılıq və təcavüzkar siyasətinin elementinə çevirmək istəyir. Bunun göstəricisi də Paşinyanın bilərəkdən KTMT-ni provakasiyalara cəlb etməyə çalışmasıdır. Paşinyanın Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə KTMT-yə müraciət etmişdi. Bunun məntiqi mənası o idi ki, Ermənistanın işğalçılıq siyasəti üçün KTMT-dən mədət umurdu. Digər tərəfdən, Ermənistan cəmiyyətinə müharibədəki məğlubiyyət şəraitində KTMT-nin faydasız olduğunu göstərmək, bununla da gələcəkdə Ermənistanın KTMT-dən uzaqlaşdırılması üçün proseslərə start verilməsinə əsas olması üçün çalışırdı"."Ermənistan KTMT-yə qarşı demarş nümayiş etdirmək üçün elementlər formalaşdırmağa çalışırdı. KTMT-nin ötən ay onlayn formatda keçirilmiş iclasında Paşinyanın əsassız iddialarına Belarus prezidenti kəskin reaksiya verdi. Lukaşenko Azərbaycanın KTMT-yə üzv digər dövlətlər üçün xüsusi əhəmiyyət daşıdığını, Azərbaycan prezidentinin onlara əziz insan olduğunu vurğuladı. Bununla da Paşinyanın absurd çağırışları yerindəcə susduruldu. Eyni zamanda ötən gün İrəvanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin sülh bağlamağın əsas şərtini Paşinyana göstərdi. Ermənistan imzasına hörmət etməli, əldə olunmuş razılaşmalarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Putinin çağırışları təcavüzkar mövqeyindən çəkinməyən Ermənistana ünvanlanmışdı", – deyə millət vəkili qeyd edib.Rusiya sülhməramlılarının olduğu ərazidə erməni silahlı birləşmələrinin qalmasına diqqət çəkən Elşad Mirbəşiroğlu bildirib ki, bu üçtərəfli birgə bəyanatın müddəalarına ziddir:"Rusiya regionda sülhün təmin edilməsi üçün Ermənistana təzyiq göstərməlidir. Hesab edirəm ki, Putinin Ermənistana çağırışı ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Çox güman ki, Paşinyan da bu xəbərdarlığı anladı, ona görə də KTMT-nin yekun bəyannaməsini imzalamaqdan imtina etdi".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/19/425289816_0:0:2731:2048_1920x0_80_0_0_54777c6972d4bc3f0d829b5640304875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, ktmt, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı, nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan, ktmt, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı, nikol paşinyan
Ermənistanın KTMT məyusluğu: Paşinyanın planları niyə pozuldu?
Millət vəkili bildirib ki, Ermənistan və KTMT münasibətlərindəki bu vəziyyət Paşinyanın hakimiyyətə gəlməsi ilə başladılmış prosesin tərkib hissəsidir.
BAKI, 24 noyabr — Sputnik. Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderləri İrəvanda toplandılar. İclasın gündəliyində müxtəlif mövzular dayanırdı. Ermənistanın isə bu iclasdan gözləntiləri daha çox idi. Xüsusən də "Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında" layihə İrəvanın ümidlərini puça çıxardı. Məhz buna görə də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etdi.
Bəs Ermənistanın KTMT ilə bağlı planlarının iflasa uğramasının arxasında nə dayanır?
Mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-la fikirlərini bölüşüb.
Millət vəkili bildirib ki, Ermənistan və KTMT münasibətlərindəki bu vəziyyət Paşinyanın hakimiyyətə gəlməsi ilə başladılmış prosesin tərkib hissəsidir:
"Paşinyan hələ müxalifətdə olduğu vaxt israrla Ermənistanın KTMT-ni tərk etməsini tələb edirdi. O bildirirdi ki, KTMT və Avrasiya İqtisadi Birliyindən uzaqlaşmaq lazımdır".
Elşad Mirbəşiroğlu deyib ki, Paşinyan təlimatlarını Qərbdən alırdı və o, "Soros"un layihəsidir:
"Onun hakimiyyətə gəlməsində "Soros"un rolu olub. "Soros"un ümumi xətti post-sovet məkanında özünə loyal iqtidarlar formalaşdırmaq və onları Rusiyadan uzaqlaşdırmaqdan ibarətdir. Məhz Paşinyanın hakimiyyətə gəlməsindən az sonra KTMT-nin ozamankı baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin başlanması da bunun tərkib hissəsi idi. Təbii ki, belə olan halda KTMT-nin Paşinyana münasibəti müsbət elementləri ifadə edə bilməzdi".
Millət vəkili qeyd edib ki, KTMT liderləri mövcud Ermənistan hakimiyyətinə görə, Ermənistanla körpülərin tamamilə yandırılmaması üçün təmkin nümayiş etdirirlər:
"Paşinyan KTMT-ni ölkəsinin işğalçılıq və təcavüzkar siyasətinin elementinə çevirmək istəyir. Bunun göstəricisi də Paşinyanın bilərəkdən KTMT-ni provakasiyalara cəlb etməyə çalışmasıdır. Paşinyanın Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə KTMT-yə müraciət etmişdi. Bunun məntiqi mənası o idi ki, Ermənistanın işğalçılıq siyasəti üçün KTMT-dən mədət umurdu. Digər tərəfdən, Ermənistan cəmiyyətinə müharibədəki məğlubiyyət şəraitində KTMT-nin faydasız olduğunu göstərmək, bununla da gələcəkdə Ermənistanın KTMT-dən uzaqlaşdırılması üçün proseslərə start verilməsinə əsas olması üçün çalışırdı".
"Ermənistan KTMT-yə qarşı demarş nümayiş etdirmək üçün elementlər formalaşdırmağa çalışırdı. KTMT-nin ötən ay onlayn formatda keçirilmiş iclasında Paşinyanın əsassız iddialarına Belarus prezidenti kəskin reaksiya verdi. Lukaşenko Azərbaycanın KTMT-yə üzv digər dövlətlər üçün xüsusi əhəmiyyət daşıdığını, Azərbaycan prezidentinin onlara əziz insan olduğunu vurğuladı. Bununla da Paşinyanın absurd çağırışları yerindəcə susduruldu. Eyni zamanda ötən gün İrəvanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin sülh bağlamağın əsas şərtini Paşinyana göstərdi. Ermənistan imzasına hörmət etməli, əldə olunmuş razılaşmalarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Putinin çağırışları təcavüzkar mövqeyindən çəkinməyən Ermənistana ünvanlanmışdı", – deyə millət vəkili qeyd edib.
Rusiya sülhməramlılarının olduğu ərazidə erməni silahlı birləşmələrinin qalmasına diqqət çəkən Elşad Mirbəşiroğlu bildirib ki, bu üçtərəfli birgə bəyanatın müddəalarına ziddir:
"Rusiya regionda sülhün təmin edilməsi üçün Ermənistana təzyiq göstərməlidir. Hesab edirəm ki, Putinin Ermənistana çağırışı ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Çox güman ki, Paşinyan da bu xəbərdarlığı anladı, ona görə də KTMT-nin yekun bəyannaməsini imzalamaqdan imtina etdi".