https://sputnik.az/20221124/ermenistan-muxalifeti-ktmt-deki-ugursuzluga-gore-pasinyan-hakimiyyetini-gunahlandirdi-448925937.html
Ermənistan müxalifəti KTMT-dəki uğursuzluğa görə Paşinyan hakimiyyətini günahlandırdı
Ermənistan müxalifəti KTMT-dəki uğursuzluğa görə Paşinyan hakimiyyətini günahlandırdı
Sputnik Azərbaycan
"Ayastan" blokunun deputatı Aqnessa Xamoyan bildirib ki, hakimiyyət öz informasiya platformalarında və müavinlərinin ağzı ilə söz atır, KTMT-dən çıxdığını... 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T15:00+0400
2022-11-24T15:00+0400
2022-11-24T15:54+0400
dünya xəbərləri
ktmt
ermənistan
nikol paşinyan
baş nazir nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425655290_0:161:3071:1888_1920x0_80_0_0_9f165162fefe4757bc43095e6969c364.jpg
BAKI, 24 noyabr — Sputnik. Ermənistan parlamentindəki müxalifət ölkə rəhbərliyini KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən iclasında yekun sənədlərdə müsbət ifadələrə nail ola bilməməsinə görə ittiham edib."Ayastan" blokunun deputatı Aqnessa Xamoyan bildirib ki, Ermənistanın Təşkilatda sədrliyi dövründə Azərbaycanla qarşıdurmada siyasi dəstək əldə edə bilməməsinin səbəbini hakimiyyətdən soruşmaq lazımdır.Onun sözlərinə görə, hakimiyyət bu suala cavab vermək əvəzinə öz informasiya platformalarında və müavinlərinin ağzı ilə söz atır, KTMT-dən çıxdığını "elan edir", Rusiyaya qarşı tənqidi fikirlər səsləndirirlər. Eyni zamanda, o bildirib ki, Ermənistanın KTMT-dən çıxacağı təqdirdə hakimiyyətin ölkəni hansı təhlükəsizlik sisteminə inteqrasiya etmək niyyətində olduğu bəlli deyil.Xamoyan həmçinin əmindir ki, 2018-ci ildə Təşkilatın ovaxtkı baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin başlanması KTMT-nin Ermənistana münasibətinə mənfi təsir göstərib və hazırkı vəziyyətə gətirib çıxarıb."Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağını deyə bilmərəm. Çünki bu müddət ərzində İrəvanla Təşkilat arasında münasibətlərin necə inkişaf etdiyi barədə məlumatım yoxdur. Amma sizi əmin edə bilərəm ki, Yuri Xaçaturovla bağlı işin Ermənistana etimadın səviyyəsinə təsiri olub və bu etimad azalıb. Əgər sırf şəxsi ambisiyalarına görə Təşkilatdan çıxmaq qərarı verilərsə, bu, növbəti avantüra olacaq", - deputat qeyd edib.Məlum olduğu kimi, rəsmi İrəvan "KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi" və "Ermənistan Respublikasına yardım üzrə birgə tədbirlər haqqında" layihələrini imzalamayıb, strukturun siyasi qiymətləndirilməsi Ermənistan tərəfini qane etməyib. Sənədlər KTMT KTŞ-nin iclası zamanı təqdim edilib.Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425655290_170:0:2901:2048_1920x0_80_0_0_45a5579cd5e4b5508ab5b6d100df5439.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, ermənistan, nikol paşinyan, baş nazir nikol paşinyan
ktmt, ermənistan, nikol paşinyan, baş nazir nikol paşinyan
Ermənistan müxalifəti KTMT-dəki uğursuzluğa görə Paşinyan hakimiyyətini günahlandırdı
15:00 24.11.2022 (Yenilənib: 15:54 24.11.2022) "Ayastan" blokunun deputatı Aqnessa Xamoyan bildirib ki, hakimiyyət öz informasiya platformalarında və müavinlərinin ağzı ilə söz atır, KTMT-dən çıxdığını "elan edir".
BAKI, 24 noyabr — Sputnik. Ermənistan parlamentindəki müxalifət ölkə rəhbərliyini KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən iclasında yekun sənədlərdə müsbət ifadələrə nail ola bilməməsinə görə ittiham edib.
"Ayastan" blokunun deputatı Aqnessa Xamoyan bildirib ki, Ermənistanın Təşkilatda sədrliyi dövründə Azərbaycanla qarşıdurmada siyasi dəstək əldə edə bilməməsinin səbəbini hakimiyyətdən soruşmaq lazımdır.
Onun sözlərinə görə, hakimiyyət bu suala cavab vermək əvəzinə öz informasiya platformalarında və müavinlərinin ağzı ilə söz atır, KTMT-dən çıxdığını "elan edir", Rusiyaya qarşı tənqidi fikirlər səsləndirirlər. Eyni zamanda, o bildirib ki, Ermənistanın KTMT-dən çıxacağı təqdirdə hakimiyyətin ölkəni hansı təhlükəsizlik sisteminə inteqrasiya etmək niyyətində olduğu bəlli deyil.
Xamoyan həmçinin əmindir ki, 2018-ci ildə Təşkilatın ovaxtkı baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin başlanması KTMT-nin Ermənistana münasibətinə mənfi təsir göstərib və hazırkı vəziyyətə gətirib çıxarıb.
"Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağını deyə bilmərəm. Çünki bu müddət ərzində İrəvanla Təşkilat arasında münasibətlərin necə inkişaf etdiyi barədə məlumatım yoxdur. Amma sizi əmin edə bilərəm ki, Yuri Xaçaturovla bağlı işin Ermənistana etimadın səviyyəsinə təsiri olub və bu etimad azalıb. Əgər sırf şəxsi ambisiyalarına görə Təşkilatdan çıxmaq qərarı verilərsə, bu, növbəti avantüra olacaq", - deputat qeyd edib.
Məlum olduğu kimi, rəsmi İrəvan "KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi" və "Ermənistan Respublikasına yardım üzrə birgə tədbirlər haqqında" layihələrini imzalamayıb, strukturun siyasi qiymətləndirilməsi Ermənistan tərəfini qane etməyib. Sənədlər KTMT KTŞ-nin iclası zamanı təqdim edilib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.