https://sputnik.az/20221124/bmt-nsan-haqlari-surasinin-randaki-veziyyetle-bagli-xususi-iclasi-kecirilir-448926829.html
BMT İnsan Haqları Şurasının İrandakı vəziyyətlə bağlı xüsusi iclası keçirilir
BMT İnsan Haqları Şurasının İrandakı vəziyyətlə bağlı xüsusi iclası keçirilir
Sputnik Azərbaycan
BMT-nin iclasında həmçinin İranda yaşayan milli azlıqların məruz qaldığı etnik ayrı-seçkiliyin də müzakirə edilməsi gözlənilir. 24.11.2022, Sputnik Azərbaycan
2022-11-24T19:30+0400
2022-11-24T19:30+0400
2022-11-24T19:30+0400
bmt
dünya xəbərləri
iran
https://cdnn1.img.sputnik.az/img/42208/85/422088537_0:0:2951:1660_1920x0_80_0_0_4ae22bc8c90fcd5adebe39824811ab9f.jpg
BAKI, 24 noyabr — Sputnik. BMT İnsan Haqları Şurasının İran İslam Respublikasında pisləşən insan haqlarının vəziyyətinə dair xüsusi iclası başlayıb.İnsan Haqları Şurasının Prezidenti Federiko Villegas qeyd edib ki, xüsusi sessiyanın keçirilməsi təklifi Almaniya və İslandiyanın daimi nümayəndələri tərəfindən irəli sürülüb və şuranın digər üzvləri və müşahidəçi dövlətlər tərəfindən dəstəklənib.İclasda həmçinin İranda yaşayan milli azlıqların məruz qaldığı etnik ayrı-seçkiliyin də müzakirə edilməsi gözlənilir.Xatırladaq ki, bir müddət öncə də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanada dövlətinin təklif etdiyi qətnamə layihəsinə səs veriblər. Builki qətnamə layihəsi son həftələrdə İranda keçirilən etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqları pisləyib.İranda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə layihəsi lehinə 79, əleyhinə 30 səs, 71 nəfər bitərəf olmaqla təsdiq edilib. Azərbaycan da bitərəf qalan ölkələr sırasında olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42208/85/422088537_220:0:2951:2048_1920x0_80_0_0_3733cb7a5a17c80b7afdcb25db33572b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, iran
BMT İnsan Haqları Şurasının İrandakı vəziyyətlə bağlı xüsusi iclası keçirilir
BMT-nin iclasında həmçinin İranda yaşayan milli azlıqların məruz qaldığı etnik ayrı-seçkiliyin də müzakirə edilməsi gözlənilir.
BAKI, 24 noyabr — Sputnik. BMT İnsan Haqları Şurasının İran İslam Respublikasında pisləşən insan haqlarının vəziyyətinə dair xüsusi iclası başlayıb.
İnsan Haqları Şurasının Prezidenti Federiko Villegas qeyd edib ki, xüsusi sessiyanın keçirilməsi təklifi Almaniya və İslandiyanın daimi nümayəndələri tərəfindən irəli sürülüb və şuranın digər üzvləri və müşahidəçi dövlətlər tərəfindən dəstəklənib.
İclasda həmçinin İranda yaşayan milli azlıqların məruz qaldığı etnik ayrı-seçkiliyin də müzakirə edilməsi gözlənilir.
Xatırladaq ki, bir müddət öncə də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanada dövlətinin təklif etdiyi qətnamə layihəsinə səs veriblər. Builki qətnamə layihəsi son həftələrdə İranda keçirilən etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqları pisləyib.
İranda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə layihəsi lehinə 79, əleyhinə 30 səs, 71 nəfər bitərəf olmaqla təsdiq edilib. Azərbaycan da bitərəf qalan ölkələr sırasında olub.