Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rəssamın əsəri dünyaca nüfuzlu müsabiqədə qalib olub

© Sputnik / Ilham MustafayevNəcməddin Hüseynovun masası
Nəcməddin Hüseynovun masası - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Dünyanın müxtəlif ölkələrindən 68 nominasiya üzrə keçirilən müsabiqədə Təranə Mustafayeva rəssamlıq üzrə vitraj və interyer rəsmləri nominasiyalarında əsərlər təqdim edib.
BAKI, 24 noyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı, rəssam Təranə Mustafayeva dünyada yetərincə tanınan "Golden Time Talent" adlı onlayn müsabiqənin qalibi olub. Dünyanın müxtəlif ölkələrindən 68 nominasiya üzrə keçirilən müsabiqədə Təranə Mustafayeva rəssamlıq üzrə vitraj və interyer rəsmləri nominasiyalarında əsərlər təqdim edib.
Qələbə təəssüratını bölüşən rəssam bildirib ki, müəllifin "Mələk" əsəri 1-ci, "Budda" əsəri 2-ci yer üzrə mükafata layiq görülüb: "Sosial şəbəkədən onlar haqqında məlumat öyrəndim və istedadlı insanların seçilməsinin 38-ci mövsümündə iştirak etmək qərarına gəldim. Müsabiqə 28 sentyabr tarixində başlayıb. Noyabrın 21-də qələbəmin nəticəsi olaraq beynəlxalq dərəcəli diplom, mükafat heykəlcik və medal aldım. Bundan əlavə, müsabiqə İngiltərənin paytaxtı London şəhərində keçiriləcək sərgilərdə iştirak etmək imkanı verir".
Qeyd edək ki, 7 ildir keçirilən "Golden Time Talent" dünyada yaradıcı kollektivlər və solo artistlər üçün beynəlxalq səviyyədə müsabiqə və festivalların təşkilində müasir liderdir. Müsabiqənin əsas münsifləri London, Gürcüstan, Suriya, Yunanıstan, BƏƏ, Rusiya da daxil olmaqla 56 ölkədən münsif heyəti təqdim olunan işləri qiymətləndirir. Bu mövsümdə dünyanın 17 ölkəsindən 5000-dən artıq iştirakçı 68 nominasiya üzrə yarışıb.
Xəbər lenti
0