NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti beş faizədək ucuzlaşıb

© AFP 2024 / ODD ANDERSENneft
neft - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
“Brent” markalı neftin yanvar fyuçersləri 85,22 ABŞ dollarına satılıb
BAKI, 24 noyabr — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,31 ABŞ dolları, yaxud 4,73% azalaraq 86,78 ABŞ dolları təşkil edib.
Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 85,22 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın cari dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Xəbər lenti
0