https://sputnik.az/20221123/turkiyede-guclu-zelzele---yaralananlarin-sayi-46-ya-catib-448869424.html
Türkiyədə güclü zəlzələ - Yaralananların sayı 46-ya çatıb
Türkiyədə güclü zəlzələ - Yaralananların sayı 46-ya çatıb
Sputnik Azərbaycan
Yerli vaxtla saat 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyindədir. Yeraltı təkanlar Düzce ilə yanaşı, bir çox vilayətdə əhali... 23.11.2022, Sputnik Azərbaycan
2022-11-23T11:31+0400
2022-11-23T11:31+0400
2022-11-23T11:31+0400
hadisə
zəlzələ
türkiyə
yaralananlar
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/03/425370699_0:317:3076:2047_1920x0_80_0_0_23ee39792859f243549f5e3117ffd9e9.jpg
BAKI, 23 noyabr — Sputnik. Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İstanbul və Ankara başda olmaqla, bir çox vilayətdə şiddətli şəkildə hiss olunub.Zəlzələnin episentri Düzcenin Gölyaka rayonudur.Yerli vaxtla saat 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyindədir.Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib ki, zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan tələfatı ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib.O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumu yaxından izləyir: “Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq".Yeraltı təkanlar Düzce ilə yanaşı, bir çox vilayətdə əhali arasında təşvişə səbəb olub.Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/03/425370699_347:0:3076:2047_1920x0_80_0_0_ff295db31c396ff9072548e6810a0052.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zəlzələ, türkiyə, yaralananlar
zəlzələ, türkiyə, yaralananlar
Türkiyədə güclü zəlzələ - Yaralananların sayı 46-ya çatıb
Yerli vaxtla saat 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyindədir. Yeraltı təkanlar Düzce ilə yanaşı, bir çox vilayətdə əhali arasında təşvişə səbəb olub.
BAKI, 23 noyabr — Sputnik. Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İstanbul və Ankara başda olmaqla, bir çox vilayətdə şiddətli şəkildə hiss olunub.
Zəlzələnin episentri Düzcenin Gölyaka rayonudur.
Yerli vaxtla saat 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyindədir.
Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib ki, zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan tələfatı ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumu yaxından izləyir: “Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq".
Yeraltı təkanlar Düzce ilə yanaşı, bir çox vilayətdə əhali arasında təşvişə səbəb olub.
Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.