Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İsraildə Azərbaycan səfirliyinin açılması nə kimi töhfə verəcək?

Abunə olmaq
İsrail Azərbaycanın Təl-Əvivdə səfirlik açmaq qərarını alqışlayır. Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin necə inkişaf etdiyini videomuzdan izləyin.
Azərbaycan-İsrail münasibətləri dünyada yəhudi və müsəlman dövlətləri arasında qarşılıqlı anlaşma nümunəsi hesab olunur. Bunu "Stem" analitik mərkəzinin direktoru Orxan Yolçuyev Sputnik Azərbaycan-a müsahibəsində deyib.
Ekspert qeyd edib ki, ölkələr arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və ildən-ilə möhkəmlənir.
"İsraildə Azərbaycan səfirliyinin açılması təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də qlobal miqyasda Azərbaycanın maraqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə Yolçuyev hesab edir.
Onun sözlərinə görə, Azərbaycanın yəhudi lobbilərinə və onun maraqlarına dəstək ön plana çıxır. O, əmindir ki, səfirliyin açılması strateji səviyyədə münasibətlərin yeni mərhələsinin başlanğıcıdır.
"Bu addımi Ankara ilə İsrail arasında münasibətlərin normallaşması kontekstində, eləcə də Bakı ilə Vaşinqton arasındakı gələcək münasibətlər prizmasından baxmaq olar", - deyə Yolçuyev fikrini yekunlaşdırıb.
Xəbər lenti
0