Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Serbiya Prezidenti Azərbaycana səfər edəcək

© AP Photo / Franc ZhurdaVuçiç
Vuçiç  - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
Bu barədə Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
BAKI, 23 noyabr — Sputnik. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfər edəcək.
Bu barədə Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
O, səfər zamanı bir sıra zəruri görüşlər keçirəcəyini bildirib.
Qeyd edək ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib.
Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək sonra geniş tərkibdə görüşü olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış edirlər.
Belqradda Azərbaycan-Serbiya sənədləri imzalanıb - Sputnik Azərbaycan, 1920, 23.11.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Belqradda Azərbaycan-Serbiya sənədləri imzalanıb
Xəbər lenti
0