Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: Azərbaycanla Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar

İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
Azərbaycanın zəngin qaz resursları bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır
BAKI, 23 noyabr — Sputnik. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında deyib.
Dövlət başçısı qeyd edib ki, ilk növbədə biz dost ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik.
O, Azərbaycan haqqında dediyi xoş sözlərə görə Aleksandr Vuçiçə təşəkkürünü bildirib: "Bu, əsl dostun sözləridir və bizi Prezident Vuçiçlə dostluq əlaqələri bağlayır".
"Hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır. Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var", - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib.
Belqrad şəhərinin "Nikola Tesla" hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.
Xatırladaq ki, ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub.
2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb.
Ильхам Алиев и Александр Вучич в Сербии - Sputnik Azərbaycan, 1920, 23.11.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident İlham Əliyev Serbiyada rəsmi səfərdədir
Xəbər lenti
0