Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Küləkdən əldə olunan enerji ilə bərpa olunan enerjinin payını otuz faizə çatdırmaq olar

© AP Photo / Mel EvansKülək elektrik stansiyası, arxiv şəkli
Külək elektrik stansiyası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
Bərpa olunan enerjinin payını 2026-cı ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaq qarşıya məqsəd qoyulub.
BAKI, 23 noyabr — Sputnik. Hazırda ölkəmizin elektroenergetika sistemində ümumi gücü 63,6 MVt gücündə 5 külək elektrik stansiyası fəaliyyət göstərir. Yeni Yaşma Külək Elektrik Stansiyasında hər birinin gücü 2.5 MVt olan 20, Hökməli KES-də hər birinin gücü 2 MVt olan 4, 3.6 MVt gücündə Yaşma Bağları KES-də 4, Şuraabad KES-də 1.7 MVt gücündə 2 və Culfa KES-də hər birinin gücü 0.03 MVt olan 10 turbin mövcuddur. İşğaldan azad edilən ərazilərdə də təqribən 2000 MVt texniki potensial müəyyən edilib
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Azərbaycanda külək enerjisi ilə bağlı vəziyyətə dair Sputnik Azərbaycanın sorğusuna cavab olaraq bildirilib.
Quruda reallaşdırılması texniki cəhətdən mümkün və iqtisadi cəhətdən səmərəli hesab edilə biləcək külək enerjisi potensialımız 3000 MVt-dır:

“Ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalardadır. Bununla yanaşı, işğaldan azad edilən ərazilərdə də təqribən 2000 MVt texniki potensial müəyyən edilib”.

Dərinsulu hövzələrdə külək enerjisinin texniki potensialı 122 QVt-dır
Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində dənizdə külək enerjisinin texniki potensialı, dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt olmaqla, ümumilikdə 157 QVt səviyyəsində qiymətləndirilib:
“Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi və bu enerjinin gələcəkdə ölkənin enerji potensialındakı yerini müəyyənləşdirmək məqsədilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində “Dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi” hazırlanıb”.
© AFP 2024 / DAMIEN MEYERKülək elektrik stansiyası, arxiv şəkli
Ветряные электростанции на море, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.11.2022
Külək elektrik stansiyası, arxiv şəkli
Külək turbinlərinin investisiya dəyəri günəş elektrik stansiyalarından daha yüksək olduğu halda ölkəmizdə potensial varmı ki, bu cür turbinlər qurulsun, külək enerji stansiyaları yaradılsın?
Agentlikdən verilən məlumatda bildirilib ki, Azərbaycanın quruda 26 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. Azad edilən ərazilərdə - Qarabağ və Zəngəzurda isə külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur:
“Bu potensialdan yararlanmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 2026-cı ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaq hədəflənib. Bu hədəflə cari ilin yanvar-mart aylarında Azərbaycanın enerji tarixində ilk dəfə olaraq xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyuldu”.
Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə Xızı-Abşeron KES və 230 MVt gücündə Qaradağ GES layihələri üzrə isə hazırda işlər davam etdirilir:
“Ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihələr çərçivəsində tikiləcək bu stansiyaların istismara verilməsi nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir”, - deyə agentliyin məlumatında bildirilir”.
Bərpa olunan enerji layihələrinin, o cümlədən külək enerjisi layihələrinin dövlət-özəl tərəfdaşlığı əsasında özəl investisiyaların hesabına həyata keçirilməsi nəzərdə tutulub:

“Külək turbinlərinin enerji verimliliyi daha yüksəkdir. Qoyulan xərclər yüksək olsa, enerjinin satışından alınan gəlir də çox olur. Ona görə də belə stansiyalara investisiya yatırılması digər “yaşıl enerji” texnologiyaları ilə müqayisədə demək olar ki, fərqlənmir”.

Azərbaycanın külək enerjisi xəritəsi var
Külək elektrik stansiyalarının texniki-iqtisadi əsaslandırması hazırlanarkən küləyin surətinin optimal diapazonda olması əvvəlcədən qiymətləndirilir. Bu məlumatlar mezomiqyaslı hidrodinamik modellər əsasında hazırlanır və Veybul statistik paylanma qanununa uyğun gəlir:
“Həmin məlumatlar Azərbaycanda 3 km-dən bir bütün ərazidə mövcuddur. Azərbaycanda istənilən ərazidə küləyin optimal diapazonda olması ehtimalı (3 - 25 m/san-dək) əvvəlcədən hesablana bilir”.
“Küləyin orta illik surəti 7 m/san-dən (100 metr hündürlükdə) yuxarı olduqda külək enerjisi ilə bağlı layihə iqtisadi cəhətdən səmərəli sayılır: “Həmin ərazilər Abşeron yarımadası və Xəzər dənizi akvatoriyasındadır. Qeyd olunan məlumatları Dünya Bankının təşəbbüsü ilə hazırlanan Qlobal Külək Atlasından və İRENA külək atlasından əldə etmək mümkündür”, deyə məlumatda bildirlib.
Qeyd olunub ki, Azərbaycanın külək enerjisi xəritəsi mövcuddur və onun hazırlanmasında bir neçə komponentdən - meteoroloji stansiyaların məlumatlarından, mezomiqyaslı hidrodinamik modellərdən və peykdən alınan məlumatlardan istifadə olunur:
Eyni zamanda Dünya Bankının təşəbbüsü ilə hazırlanan Qlobal Külək Atlasında Azərbaycan Respublikası ərazisi üzrə külək enerjisi potensialı haqqında məlumatlar əks olunub.
Qaradağ Günəş Elektrik Stansiyası 110 milyon kub metr təbii qaza qənaət etməyə imkan verəcək
Xızı-Abşeron külək elektrik stansiyası ilə yanaşı 2022-ci ilin mart ayının 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt·st elektrik enerjisi istehsal olunacaq:
“Bu isə öz növbəsində ildə 110 milyon kub metr təbii qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri isə təqribən 200 milyon ABŞ dolları təşkil edir”.
Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1QVt gücündə günəş və 1QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanıb:
“Quruda ümumi qoyuluş gücü 2 QVt olan külək-günəş enerjisi layihələri üzrə İcra Müqaviləsi çərçivəsində istehsal olunacaq enerjinin müəyyən bir qisminin ölkənin enerji sisteminə ötürülməsi üçün şəbəkə imkanlarının müfəssəl araşdırılması, şəbəkənin gücləndirilməsi üzrə lazımi tədbirlərin görülməsi, həmçinin elektrik enerjisinin ixracı məqsədilə müvafiq proseslərin həyata keçirilməsi planlaşdırılır”.
“Dənizdə qoyuluş gücü 2 QVt olan külək və hidrogen enerjisi layihələri üzrə İcra Müqaviləsi isə istehsal və ixrac məqsədli külək elektrik enerjisi güclərinin yaradılmasını, karbonsuzlaşdırma, hidogenin istehsalı və ixracı istiqamətində kompleks tədbirlərin görülməsini nəzərdə tutur”, - deyə bildirilir.
Bu sahədə bəzi ölkələrin təcrübələri öyrənilir
Külək enerjisindən istifadə sahəsində Türkiyə, bir sıra Avropa ölkələri, ABŞ, Çin, Cənubi Koreya və digər ölkələrin təcrübələri öyrənilir.
© AFP 2024 / JEAN-FRANCOIS MONIERGünəş panelləri, arxiv şəkli
Солнечные панели, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.11.2022
Günəş panelləri, arxiv şəkli
Nüvə enerjisi ilə müqayisədə külək enerjisi daha sərfəlidirmi?
Agentlikdən bildirilir ki, nüvə enerjisi ilə müqayisədə külək enerjisinin sərfəli olduğunu demək olmaz: “Əslində hər iki enerji mənbəyi atmosferə karbon dioksid buraxmır və stansiyanın qurulması üçün nəzərdə tutulan ərazi kiçik olur. Lakin nüvə enerjisi ətraf mühit üçün təhlükə yarada bilir:
“Nüvə enerjisinin əsas mənbəyi olan uran radioaktiv kirliliyə səbəb olur və enerji istehsalından yüksək miqdarda nüvə tullantıları yaradır. Həmin tullantılar müxtəlif üsullarla mühafizə edilir”.
“Həmçinin, külək elektrik stansiyalarından fərqli olaraq atom elektrik stansiyalarında qəza vəziyyəti baş verdikdə ətraf mühit və insan sağlamlığı üçün uzunmüddətli ciddi fəsadlar yaranır. Buna misal olaraq Çernobıl və Fukusima AES-lərində baş verən qəzaları xatırlamaq olar”, - deyə əlavə edilib.
Qeyd edək ki. 2021-ci ildə Azərbaycanda qoyuluş gücünə görə 1305 MVt həcmində ümumi bərpa olunan enerji mənbələrinin 66,1 MVt hissəsi külək enerjisinin payına düşüb. 2022-ci ilin 13 yanvar tarixində 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. 2020-ci ildə Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 1413 QVt-st təşkil edib ki, 2021-ci ildə bu göstərici 1617,2 QVt-st-a çatıb. 2021-ci ildə Azərbaycanda külək enerjisi istehsalı 91,5 QVt-st olub.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının 27-ci İqlim Dəyişikliyi Konfransı , adətən UNFCCC Tərəflərinin Konfransı və ya COP27 olaraq adlandırılan İqlim Dəyişikliyi Konfransında külık enerjisi və onun potensialı müzakirə olunub.
Xəbər lenti
0