https://sputnik.az/20221123/ktmt-yaxin-vaxtlarda-praktiki-ve-taktiki-xususi-telimler-kecirecek-448884927.html
KTMT yaxın vaxtlarda praktiki və taktiki-xüsusi təlimlər keçirəcək
KTMT yaxın vaxtlarda praktiki və taktiki-xüsusi təlimlər keçirəcək
Sputnik Azərbaycan
Qurumun baş katibi bildirib ki, KTMT-nin sülhməramlı potensialının BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlara inteqrasiyası prosesi davam edir. 23.11.2022, Sputnik Azərbaycan
2022-11-23T18:12+0400
2022-11-23T18:12+0400
2022-11-23T19:45+0400
ktmt
dünya xəbərləri
təlim
stanislav zas
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071168_0:92:3316:1957_1920x0_80_0_0_d51010fe12979cd0315903519cfbc16e.jpg
BAKI, 23 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yaxın vaxtlarda praktiki və taktiki-xüsusi təlimlər keçiriləcək. Bunu İrəvanda KTMT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlikləri, Müdafiə Nazirləri və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin rəhbərləri şurasının birgə iclasında təşkilatın baş katibi Stanislav Zas deyib.Onun sözlərinə görə, müasir şəraitdə KTMT-nin hərbi komponentinin gücləndirilməsi vacibdir."Yaxın vaxtlarda bir sıra praktiki və taktiki-xüsusi təlimlərin keçirilməsi planlaşdırılır. Onların planına sülhməramlılıq, terrorizmə qarşı mübarizə, böhran və fövqəladə hallara cavab tədbirləri daxildir. Terrorçuluq və ekstremizmə, qeyri-qanuni miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizə mexanizmləri və s. KTMT-də yaradılıb və təkmilləşdirilir", - Zas bildirib.Onun sözlərinə görə, KTMT-nin sülhməramlı potensialının BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlara inteqrasiyası prosesi davam edir.KTMT-nin böhrana cavab mexanizmlərinin təkmilləşdirilməsinə səbəb bu ilin yanvarında Qazaxıstanda sülhməramlı əməliyyatın keçirilməsinin ilk praktiki təcrübəsi olub.Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti də keçiriləcək.Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071168_293:0:3024:2048_1920x0_80_0_0_7ee3461350ea6a9d9f3deb5e2f43c49c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, təlim, stanislav zas
ktmt, təlim, stanislav zas
KTMT yaxın vaxtlarda praktiki və taktiki-xüsusi təlimlər keçirəcək
18:12 23.11.2022 (Yenilənib: 19:45 23.11.2022) Qurumun baş katibi bildirib ki, KTMT-nin sülhməramlı potensialının BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlara inteqrasiyası prosesi davam edir.
BAKI, 23 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yaxın vaxtlarda praktiki və taktiki-xüsusi təlimlər keçiriləcək. Bunu İrəvanda KTMT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlikləri, Müdafiə Nazirləri və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin rəhbərləri şurasının birgə iclasında təşkilatın baş katibi Stanislav Zas deyib.
Onun sözlərinə görə, müasir şəraitdə KTMT-nin hərbi komponentinin gücləndirilməsi vacibdir.
"Yaxın vaxtlarda bir sıra praktiki və taktiki-xüsusi təlimlərin keçirilməsi planlaşdırılır. Onların planına sülhməramlılıq, terrorizmə qarşı mübarizə, böhran və fövqəladə hallara cavab tədbirləri daxildir. Terrorçuluq və ekstremizmə, qeyri-qanuni miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizə mexanizmləri və s. KTMT-də yaradılıb və təkmilləşdirilir", - Zas bildirib.
Onun sözlərinə görə, KTMT-nin sülhməramlı potensialının BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlara inteqrasiyası prosesi davam edir.
KTMT-nin böhrana cavab mexanizmlərinin təkmilləşdirilməsinə səbəb bu ilin yanvarında Qazaxıstanda sülhməramlı əməliyyatın keçirilməsinin ilk praktiki təcrübəsi olub.
Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti də keçiriləcək.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.