https://sputnik.az/20221123/ktmt-cavab-mexanizmlerinin-tekmillesdirilmesi-uzre-isleri-basa-catdiracaq---bas-katib-448892805.html
KTMT cavab mexanizmlərinin təkmilləşdirilməsi üzrə işləri başa çatdıracaq - Baş katib
KTMT cavab mexanizmlərinin təkmilləşdirilməsi üzrə işləri başa çatdıracaq - Baş katib
Sputnik Azərbaycan
"Əməliyyat qruplarının tərkibini və Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin işini nəzərdən keçirdik", - Zas deyib. 23.11.2022, Sputnik Azərbaycan
2022-11-23T19:56+0400
2022-11-23T19:56+0400
2022-11-23T19:51+0400
ktmt
dünya xəbərləri
stanislav zas
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_0:0:3072:1728_1920x0_80_0_0_49fda5fdcd29188f3f9b410edb3e10ce.jpg
BAKI, 23 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın vaxtlarda çevik reaksiya mexanizminin təkmilləşdirilməsinə dair sənədlərlə işi başa çatdırmağı planlaşdırır. Bunu çərşənbə günü KTMT-nin baş katibi Stanislav Zas KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında çıxışı zamanı deyib."Biz ilk praktiki təcrübəmizi təhlil etdik. May ayında Müdafiə Nazirləri Şurasında mən KTMT-nin böhrana cavab sistemini, o cümlədən hüquqi sahədə təkmilləşdirmək üçün mexanizmləri tətbiq etmək üçün təkliflərimiz barədə məlumat verdim. Həmin vaxt bizim son mərhələni başa çatdırmağa, hər şeyi yekunlaşdırmağa və bütün ölkələrimizin fikirlərini nəzərə alaraq hazır sənədi təqdim etməyə vaxtımız yox idi, lakin biz bunu yaxın gələcəkdə etməyi planlaşdırırıq", - deyə Zas qeyd edib.Onun sözlərinə görə, artıq bir sıra dəyişikliklər edilib.“Biz əməliyyat qruplarının tərkibini və Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin işini nəzərdən keçirdik. Bütün təlimlər ərəfəsində qərara alınıb ki, hərbi təlimlərin özündən əlavə, Birləşmiş Qərargah katibliyinin təlimi keçirilsin”, - Zas qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_341:0:3072:2048_1920x0_80_0_0_08bbf71688ddcfda3fcdf4224080b0e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, stanislav zas
KTMT cavab mexanizmlərinin təkmilləşdirilməsi üzrə işləri başa çatdıracaq - Baş katib
"Əməliyyat qruplarının tərkibini və Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin işini nəzərdən keçirdik", - Zas deyib.
BAKI, 23 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın vaxtlarda çevik reaksiya mexanizminin təkmilləşdirilməsinə dair sənədlərlə işi başa çatdırmağı planlaşdırır. Bunu çərşənbə günü KTMT-nin baş katibi Stanislav Zas KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında çıxışı zamanı deyib.
"Biz ilk praktiki təcrübəmizi təhlil etdik. May ayında Müdafiə Nazirləri Şurasında mən KTMT-nin böhrana cavab sistemini, o cümlədən hüquqi sahədə təkmilləşdirmək üçün mexanizmləri tətbiq etmək üçün təkliflərimiz barədə məlumat verdim. Həmin vaxt bizim son mərhələni başa çatdırmağa, hər şeyi yekunlaşdırmağa və bütün ölkələrimizin fikirlərini nəzərə alaraq hazır sənədi təqdim etməyə vaxtımız yox idi, lakin biz bunu yaxın gələcəkdə etməyi planlaşdırırıq", - deyə Zas qeyd edib.
Onun sözlərinə görə, artıq bir sıra dəyişikliklər edilib.
“Biz əməliyyat qruplarının tərkibini və Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin işini nəzərdən keçirdik. Bütün təlimlər ərəfəsində qərara alınıb ki, hərbi təlimlərin özündən əlavə, Birləşmiş Qərargah katibliyinin təlimi keçirilsin”, - Zas qeyd edib.