Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

DÇ-2022: Yaponların gözlənilməz qələbəsi

© AP Photo / Eugene HoshikoAlmaniya-Yaponiya matçında oyun epizodu
Almaniya-Yaponiya matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
Futbol üzrə dünya çempionatında daha bir sensasiya qeydə alınıb.
BAKI, 23 noyabr - Sputnik. Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.
İlk oyunda Yaponiya millisi gözlənilmədən Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
Hesabı 33-cü dəqiqədə Almaniyadan İlkay Gündoğan penalti zərbəsi ilə açıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci yarıda 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub - 2:1.
E qrupunun ikinci oyununda İspaniya yığması Kosta-Rika ilə qarşılaşacaq.
Xəbər lenti
0