DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayevin andiçmə mərasimi bu tarixdə keçiriləcək

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidQazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayev - Sputnik Azərbaycan, 1920, 22.11.2022
Abunə olmaq
Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərində seçici fəallığının 69,44% təşkil etdiyini açıqlayıb.
BAKI, 22 noyabr — Sputnik. Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi noyabrın 26-da keçiriləcək. Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Ölkədə noyabrın 20-də keçirilən sayca yeddinci prezident seçkilərinin nəticələrinə görə, Kasım-Jomart Tokayev 6 milyon 456 min 392 səs və ya ümumi səslərin 81,31%-ni toplayıb.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərində seçici fəallığının 69,44% təşkil etdiyini açıqlayıb. Ölkədə 11 milyon 953 min vətəndaşın səsvermə hüququ var ki, onlardan 8 milyon 300 min 46 nəfəri bu hüququndan istifadə edib.
Məlumata görə, Jiquli Dayrabayev 3,33% (271 641 səs), Meyram Kajıken - 2,53% (200 907), Karakat Abden - 2,61% (206 206), Saltanat Tursınbekova - 2,12% (168 231), Nurlan Auesbayev 2,22% (176.116) səs toplayıb. Seçicilərin 5,8%-i "hamıya qarşı" xanasını (460 484 nəfər) işarə edib.
Seçki günü ümumilikdə 10101 seçki məntəqəsi, o cümlədən 53 xarici ölkədə 68 seçki məntəqəsi fəaliyyət göstərib.
Xəbər lenti
0