https://sputnik.az/20221122/susanin-evvelki-gorunusu-geri-qaytarilacaq-448837238.html
Şuşanın əvvəlki görünüşü geri qaytarılacaq
Şuşanın əvvəlki görünüşü geri qaytarılacaq
Sputnik Azərbaycan
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Şuşada çox geniş bərpa işləri həyata keçirilir. Şuşanın əvvəlki... 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T13:11+0400
2022-11-22T13:11+0400
2022-11-22T13:11+0400
şuşa
mədəniyyət
azərbaycan
məscid
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945067_0:103:2000:1228_1920x0_80_0_0_31489173add76ca294280faf3322eabd.jpg
BAKI, 22 noyabr — Sputnik. Şuşanın Yuxarı Gövhər Ağa məscidinin bərpası yekunlaşmaq üzrədir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib.O xatırladıb ki, ermənilər işğal dövründə Azərbaycanın 65 məscidindən 63-nü dağıdıblar:"İslam dini ilə bağlı atributlar, işarələr tamamilə pozulmuşdu. Biz yalnız məscidləri bərpa etmirik, həm də həmin ibadət yerlərini əvvəlki görkəminə qaytarıb bəzi yeni əlavələr edirik".Dövlət Komitəsi sədrinin birinci müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri çoxdan başlayıb:"Yuxarı Gövhər Ağa məscidinin bərpası bitmək üzrədir, Aşağı Gövhər Ağa, Saatlı məscidində və digər məscidlərdə bərpa işləri davam etdirilir. Şuşada çox geniş bərpa işləri həyata keçirilir. Şuşanın əvvəlki görünüşünü geri qaytarmaqla yanaşı, həm də yeni siması formalaşdırılır. Ümumiyyətlə, Şuşanın bərpası, məscidlərimizin, dini abidələrimizin bərpası əsas məsələlərdən biridir".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945067_114:0:1887:1330_1920x0_80_0_0_70ac941cd5c3ec9a112c8ce81345663f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şuşa, azərbaycan, məscid
Şuşanın əvvəlki görünüşü geri qaytarılacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Şuşada çox geniş bərpa işləri həyata keçirilir. Şuşanın əvvəlki görünüşünü geri qaytarmaqla yanaşı, həm də yeni siması formalaşdırılır
BAKI, 22 noyabr — Sputnik. Şuşanın Yuxarı Gövhər Ağa məscidinin bərpası yekunlaşmaq üzrədir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, ermənilər işğal dövründə Azərbaycanın 65 məscidindən 63-nü dağıdıblar:
"İslam dini ilə bağlı atributlar, işarələr tamamilə pozulmuşdu. Biz yalnız məscidləri bərpa etmirik, həm də həmin ibadət yerlərini əvvəlki görkəminə qaytarıb bəzi yeni əlavələr edirik".
Dövlət Komitəsi sədrinin birinci müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri çoxdan başlayıb:
"Yuxarı Gövhər Ağa məscidinin bərpası bitmək üzrədir, Aşağı Gövhər Ağa, Saatlı məscidində və digər məscidlərdə bərpa işləri davam etdirilir. Şuşada çox geniş bərpa işləri həyata keçirilir. Şuşanın əvvəlki görünüşünü geri qaytarmaqla yanaşı, həm də yeni siması formalaşdırılır. Ümumiyyətlə, Şuşanın bərpası, məscidlərimizin, dini abidələrimizin bərpası əsas məsələlərdən biridir".