Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ordumuzun mövqeləri atəşə tutulub

© Sputnik / Murad OrujovAzərbaycan hərbçisi, arxiv şəkli
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2022
Abunə olmaq
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutulub.
BAKI, 22 noyabr - Sputnik. Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdə yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat 16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xəbər lenti
0