https://sputnik.az/20221122/kukla-teatrinda-ne-bas-verir-448835703.html
Kukla Teatrında nə baş verir?
Kukla Teatrında nə baş verir?
Sputnik Azərbaycan
Nazirlik tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti... 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T12:27+0400
2022-11-22T12:27+0400
2022-11-22T12:27+0400
kukla teatrı
mədəniyyət
mədəniyyət nazirliyi
yoxlama
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40386/07/403860799_0:187:1800:1200_1920x0_80_0_0_9cd83cb5db88c9c55b1744d14c51aeb4.jpg
BAKI, 22 noyabr — Sputnik. Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalara başlayıb. Bu barədə Teatrın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, nazirin noyabrın 18-də mədəniyyət nazirinin əmrinə müvafiq olaraq, yoxlamalar noyabrın 21-dən başlayıb, nə vaxt yekunlaşacağı isə hələ məlum deyil.Bildirilib ki, həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.Qeyd edilib ki, Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.Xatırladaq ki, yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib.Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.Budan başqa, rejissor rejissor Səidə Haqverdiyeva mediaya verdiyi açıqlamasında bildirmişdi ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına xarici ölkələrdən dəvət gəlir. Mədəniyyət Nazirliyi onlara "bizim sizi festivala göndərməyə büdcəmiz yoxdur"- deyə cavab veribmiş."Biz dəvət eləyən ölkənin imkanlarıyla festivala qatılırıq. Qısa vaxtdan sonra xəbər tuturuq ki, başqa teatr daha böyük heyətlə məhz Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala gedir. Bu zaman hansı ədalətli münasibətdən söhbət gedə bilər? Bu haqsızlıqdır", - deyə rejissor bildirib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40386/07/403860799_8:0:1608:1200_1920x0_80_0_0_94898f2dd763a69041b65eb504e2c03a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kukla teatrı, mədəniyyət nazirliyi, yoxlama, azərbaycan
kukla teatrı, mədəniyyət nazirliyi, yoxlama, azərbaycan
Kukla Teatrında nə baş verir?
Nazirlik tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür
BAKI, 22 noyabr — Sputnik. Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalara başlayıb. Bu barədə Teatrın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, nazirin noyabrın 18-də mədəniyyət nazirinin əmrinə müvafiq olaraq, yoxlamalar noyabrın 21-dən başlayıb, nə vaxt yekunlaşacağı isə hələ məlum deyil.
Bildirilib ki, həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.
Qeyd edilib ki, Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.
Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.
Xatırladaq ki, yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.
S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib.
Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.
Budan başqa, rejissor rejissor Səidə Haqverdiyeva mediaya verdiyi açıqlamasında bildirmişdi ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına xarici ölkələrdən dəvət gəlir. Mədəniyyət Nazirliyi onlara "bizim sizi festivala göndərməyə büdcəmiz yoxdur"- deyə cavab veribmiş.
"Biz dəvət eləyən ölkənin imkanlarıyla festivala qatılırıq. Qısa vaxtdan sonra xəbər tuturuq ki, başqa teatr daha böyük heyətlə məhz Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala gedir. Bu zaman hansı ədalətli münasibətdən söhbət gedə bilər? Bu haqsızlıqdır", - deyə rejissor bildirib.