https://sputnik.az/20221122/esedov-ve-misustin-iki-olke-arasinda-enerji-sahesinde-birge-layiheleri-muzakire-edibler-448858953.html
Əsədov və Mişustin iki ölkə arasında enerji sahəsində birgə layihələri müzakirə ediblər
Əsədov və Mişustin iki ölkə arasında enerji sahəsində birgə layihələri müzakirə ediblər
Sputnik Azərbaycan
Noyabrın 17-də Moskva və Bakı fiziki şəxslər tərəfindən nağd pulun transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və... 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T19:04+0400
2022-11-22T19:04+0400
2022-11-22T19:12+0400
azərbaycan
mixail mişustin
əli əsədov
azərbaycan xəbərləri
rusiya federasiyası
energetika
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447134081_0:960:2048:2112_1920x0_80_0_0_4afc8c75fb3d14c1768de54b00a0aaed.jpg
BAKI, 22 noyabr - Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığında Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin nəqliyyat və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirib.Xatırladaq ki, noyabrın 17-də baş nazirlərin Bakıda apardığı danışıqların yekunlarına dair sənədlər paketi imzalanıb. Xüsusilə, tərəflər fiziki şəxslər tərəfindən nağd pulun transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında razılığa gəliblər.Bundan əlavə, səhiyyə sahəsində beynəlxalq qaydaların həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair sazişlər imzalanıb.Həmçinin gəmiqayırma sahəsində əməkdaşlıq, iki ölkənin dövlət sərhədindən buraxılış məntəqələrinin ikitərəfli inkişafı və onlara nəqliyyat yanaşmaları, nəqliyyat sektorunda kadrların hazırlanması və yenidən hazırlanması sahəsində qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər qəbul edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447134081_0:768:2048:2304_1920x0_80_0_0_2ee036ef39de42422342e136e0bc669d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, mixail mişustin, əli əsədov, rusiya federasiyası, energetika
azərbaycan, mixail mişustin, əli əsədov, rusiya federasiyası, energetika
Əsədov və Mişustin iki ölkə arasında enerji sahəsində birgə layihələri müzakirə ediblər
19:04 22.11.2022 (Yenilənib: 19:12 22.11.2022) Noyabrın 17-də Moskva və Bakı fiziki şəxslər tərəfindən nağd pulun transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.
BAKI, 22 noyabr - Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığında Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin nəqliyyat və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirib.
“2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların inkişafı çərçivəsində hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Mixail Mişustin və Əli Əsədov nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - deyə Rusiya Federasiyası hökumətinin saytında dərc edilən mesajda deyilir.
Xatırladaq ki, noyabrın 17-də baş nazirlərin Bakıda apardığı danışıqların yekunlarına dair sənədlər paketi imzalanıb. Xüsusilə, tərəflər fiziki şəxslər tərəfindən nağd pulun transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında razılığa gəliblər.
Bundan əlavə, səhiyyə sahəsində beynəlxalq qaydaların həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair sazişlər imzalanıb.
Həmçinin gəmiqayırma sahəsində əməkdaşlıq, iki ölkənin dövlət sərhədindən buraxılış məntəqələrinin ikitərəfli inkişafı və onlara nəqliyyat yanaşmaları, nəqliyyat sektorunda kadrların hazırlanması və yenidən hazırlanması sahəsində qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər qəbul edilib.