https://sputnik.az/20221122/dogum-gununu-qey-eden-senetkar-eylenceye-ayrilan-vaxtin-yarisi-ciddi-musiqiye-ayrilsin-448855987.html
Doğum gününü qeyd edən sənətkar: "Əyləncəyə ayrılan vaxtın yarısı ciddi musiqiyə ayrılsın"
Doğum gününü qeyd edən sənətkar: "Əyləncəyə ayrılan vaxtın yarısı ciddi musiqiyə ayrılsın"
Sputnik Azərbaycan
Bu gün 72 yaşını qeyd edən təkrarolunmaz bəsətkar Cavanşir Quliyev yaşatdığı sənətin vəziyyətindən danışıb. Əməkdar incəsənət xadimi təəssüf hissi ilə qeyd... 22.11.2022, Sputnik Azərbaycan
2022-11-22T18:00+0400
2022-11-22T18:00+0400
2022-11-22T19:45+0400
mədəniyyət
cavanşir quliyev
bəstəkar
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426591980_0:0:2049:1153_1920x0_80_0_0_9deca69a040e106132645d9bbf25ca7e.jpg
BAKI, 22 noyabr — Sputnik. Bu gün Azərbaycan musiqisinin canlı əfsanəsi, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin doğum günündür. O, müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq edən, sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlədən bəstəkar genişşaxəli fəaliyyəti zamanı dövlət, millət üçün önəmli olan çox fikirləri nota çevirib, musiqi dilində danışıb.19 il Azərbaycandan kənarda yaşayan Cavanşir müəllim 72 yaşını öz doğma vətənində qarşılayıb. 1950-ci ildə Şəki şəhərində doğulan dahi sənətkarla ad günündə həmsöhbət olduq. Sənətkar təəssüf hissi ilə qeyd etdi ki, Üzeyir bəyin təməlini qoyduğu bəstəkarlıq sənəti tənəzzülə uğrayır. Onun fikricə, gənclərin bu peşəyə marağı getdikcə azalıb:Bəstəkarların sayı niyə azalır?Cavanşir Quliyev bunun səbəblərindən danışarkən bildirdi ki, bu gün bəstəkarlar yazdıqları əsəri harada səsləndircəyini bilmirlər. Maddi problemlərə görə, bu sənətin nüfuzu getdikcə düşür:C.Quliyev həmçinin Mədəniyyət Nazirliyinin 10 ildir ki, bəstəkarlardan musiqi almadığını dilə gətirib. Onun sözlərinə görə, 20 ildən sonra Azərbaycanda bəstəkar olmayacaq. Yenidən Üzeyir bəyi arzulayacağıq ki, gəlsin, Azərbaycanda bəstəkarlığın əsasını qoysun.Bəstəkar, bu peşənin unudulmasına görə həmçinin KİV-i qınayıb:"KİV-lər ciddi bəstəkarları, bəstəkarlıq nümunələrini arxaya itələyiblər. Arqument gətirirlər ki, "insanlara maraqsızdır". Ciddi musiqini maraqsız edən təbliğatdır. Təbliğatdan çox şey asılıdır. Avropada "Mezzo" kanalı var, həmişə ciddi musiqi yayımlayır. O qədər populyardır ki, indi o kanala şifrə ilə baxa bilirik. Azərbaycanda isə yerli kanallar ancaq əyləncə ilə məşğuldurlar. Nadir hallarda, kimisə yubleyi olanda, "xala xətrin qalmasın" deyib bir-iki ciddi musiqi səsləndirirlər. Bir həftə radio və televiziya kanallarına baxın, bir həftə ərzində 5 faiz ciddi musiqi səsləndirirlər. Onu da "Mədəniyyət kanalı" edir".Bəsətkar vurğulayır ki, əgər Azərbaycan dünyəvi ölkə olmaq istəyirsə, bəstəkarlıq musiqisinin inkişafı üçün təkan verməlidir. Təkcə simfonik musiqilər yox, caz musiqisi, estrada musiqisi inkişaf etməldir:Bəstəkar hesab edir ki, ciddi musiqilərin sayı artırılmalıdır:"Əyləncəyə ayırdıqları vaxtın yarısını ciddi musiqiyə versinlər. Əks halda bizi çox böyük təhlükə gözləyir. Mən bunu hər yerdə deyirəm, deyəcəm də. Bunu edənlər Azərbaycan musiqi mədəniyyətini məhv etməklə məşğuldurlar. Onlar kənarda deyil, öz içimizdədir. Siz jurnalistlərin də işi o bayağılığın qarşını almaqdır. Bunun qarşısını almasaq, bunun davamı gələcək. Hər dəfə də danışacağıq, gileylənəcəyik, ortada da heç bir nəticə olmayacaq. Vaxtilə mən qəzetlərə müsahibə verirdim ki, "Azərbaycan musiqisi məhv olur". Deyirdilər ki, "əşi, danışır - danışsın da, onun danışığından bizə nə olacaq ki". Mənim 20 il öncə dediklərim yavaş-yavaş olur. Yolda məni saxlayıb deyirlər ki, "Cavanşir müəllim, niyə Azərbaycan musiqisi bu vəziyyətdədir?"Klassik musiqinin bugünkü vəziyyəti barədə jurnalistlərə açıqlama verən Mədəniyyət naziri Anar Kərimov bildirmişi ki, son illər klassik əsərlər yazan bəstəkarların sayı demək olar ki, yoxdur. Bu fikrə münasibət bildirən Cavanşir Quliyev qeyd edid ki, bəstəkarların yetişməsi üçün mühit lazımdır:Xatırladaq ki, Cavanşir Quliyev Şəki Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsində təhsil alıb. Daha sonra Konservatoriyanın bəstəkarlıq fakültəsində təhsilini davam etdirib, görkəmli bəstəkar Cövdət Hacıyevin sinfini bitirib.Tələbəlik illərindən bəstəkarlıqda eksperimentlərinə başlayıb, yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olub. "Millilik və müasirlik" baxımından yaradıcı mübahisələrə səbəb olan əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanıb. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görüb.1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru kimi çalışıb, 1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri, 1980-1998 illərdə Konservatoriyada, 1994-2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Eyni zamanda 1992-ci il sentyabr ayının 1-dən 2005-ci ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib.Açıq fikirli olması ilə seçilən sənətkar əksər vaxtlarda qadağalarla üzləşib. Hazırda vətəndən kənarda yaşayan bəstəkar son 15 ildir ki, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsində çalışıb. Bəstəkar uzun müddətdən sonra bu il vətəninə qayıdıb. Yaradıcı fəliyyətində öz ölkəmizdə davam etdirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426591980_41:0:1854:1360_1920x0_80_0_0_314a42f4618563a769f4c866985503be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cavanşir quliyev, bəstəkar
cavanşir quliyev, bəstəkar
Doğum gününü qeyd edən sənətkar: "Əyləncəyə ayrılan vaxtın yarısı ciddi musiqiyə ayrılsın"
18:00 22.11.2022 (Yenilənib: 19:45 22.11.2022) Bu gün 72 yaşını qeyd edən təkrarolunmaz bəsətkar Cavanşir Quliyev yaşatdığı sənətin vəziyyətindən danışıb. Əməkdar incəsənət xadimi təəssüf hissi ilə qeyd edib ki, bu sahəyə diqqət ayrılmazsa, 20 ildən sonra bəstəkarlıq ənənələri itəcək.
BAKI, 22 noyabr — Sputnik. Bu gün Azərbaycan musiqisinin canlı əfsanəsi, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin doğum günündür. O, müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq edən, sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlədən bəstəkar genişşaxəli fəaliyyəti zamanı dövlət, millət üçün önəmli olan çox fikirləri nota çevirib, musiqi dilində danışıb.
19 il Azərbaycandan kənarda yaşayan Cavanşir müəllim 72 yaşını öz doğma vətənində qarşılayıb. 1950-ci ildə Şəki şəhərində doğulan dahi sənətkarla ad günündə həmsöhbət olduq. Sənətkar təəssüf hissi ilə qeyd etdi ki, Üzeyir bəyin təməlini qoyduğu bəstəkarlıq sənəti tənəzzülə uğrayır. Onun fikricə, gənclərin bu peşəyə marağı getdikcə azalıb:
"Bu gün gənclər arasında bu peşə populyar deyil. Bəstəkarlıq sənəti çox çətin sənətdir. Bəstəkarlıq deyərkən mən mahnı qoşmaqdan danışmıram. İndi mahnı qoşanların sayı getdikcə artır. Amma savadlı bəstəkarların sayı günbəgün azalır. Bunun üçün çox ciddi təhsil almaq lazımdır ".
Bəstəkarların sayı niyə azalır?
Cavanşir Quliyev bunun səbəblərindən danışarkən bildirdi ki, bu gün bəstəkarlar yazdıqları əsəri harada səsləndircəyini bilmirlər. Maddi problemlərə görə, bu sənətin nüfuzu getdikcə düşür:
"Bunun səbəbi odur ki, gənclər bugünkü bəstəkarların həyatını, yaşayış durumunu, iqtisadi vəziyyətini görür. Ona görə də bu sənətdən uzaqlaşırlar. Təhsil aldıqdan sonra bəstəkarları çox çətin günlər gözləyir. Bazar iqtisadiyyatıdır, bəstəkar simfonik əsəri harada satsın? Bu, kartof deyil, soğan deyil, aparıb bazarda satsınlar. Mahnının bazarı var, həmişə satılacaq. Amma ciddi musiqi əsəri satılmayacaq".
C.Quliyev həmçinin Mədəniyyət Nazirliyinin 10 ildir ki, bəstəkarlardan musiqi almadığını dilə gətirib. Onun sözlərinə görə, 20 ildən sonra Azərbaycanda bəstəkar olmayacaq. Yenidən Üzeyir bəyi arzulayacağıq ki, gəlsin, Azərbaycanda bəstəkarlığın əsasını qoysun.
Bəstəkar, bu peşənin unudulmasına görə həmçinin KİV-i qınayıb:
"KİV-lər ciddi bəstəkarları, bəstəkarlıq nümunələrini arxaya itələyiblər. Arqument gətirirlər ki, "insanlara maraqsızdır". Ciddi musiqini maraqsız edən təbliğatdır. Təbliğatdan çox şey asılıdır. Avropada "Mezzo" kanalı var, həmişə ciddi musiqi yayımlayır. O qədər populyardır ki, indi o kanala şifrə ilə baxa bilirik. Azərbaycanda isə yerli kanallar ancaq əyləncə ilə məşğuldurlar. Nadir hallarda, kimisə yubleyi olanda, "xala xətrin qalmasın" deyib bir-iki ciddi musiqi səsləndirirlər. Bir həftə radio və televiziya kanallarına baxın, bir həftə ərzində 5 faiz ciddi musiqi səsləndirirlər. Onu da "Mədəniyyət kanalı" edir".
Bəsətkar vurğulayır ki, əgər Azərbaycan dünyəvi ölkə olmaq istəyirsə, bəstəkarlıq musiqisinin inkişafı üçün təkan verməlidir. Təkcə simfonik musiqilər yox, caz musiqisi, estrada musiqisi inkişaf etməldir:
"Mədəniyyət naziri əlini cibinə salmalıdır. Dövlət hər il musiqinin inkişafı, təbliği üçün pul ayırır. Niyə mədəniyyət naziri o pulları xərcləmək istəmir? Bəstəkarlıq bizə gəlmədir. Ona görə də onun inkişafı üçün çox ciddi məşğul olmaq lazımdır. Bu, Avropadan gəlib. Muğam isə bizim kökümüzdədir. Ona diqqət ayrılmasa da itib batan deyil. Nə qədər ki toylar var, muğamat olacaq. Amma baxırsan muğam sənətinə hər il milyonlar ayrılır, bəstəkarlıq isə unudulub. Halbuki bəstəkarlığa "gübrə vermək" lazımdır. Dövlət, nazirlik deyir ki, ya get öl, ya da sənətini dəyiş, get taksi sürücüsü ol".
Bəstəkar hesab edir ki, ciddi musiqilərin sayı artırılmalıdır:
"Əyləncəyə ayırdıqları vaxtın yarısını ciddi musiqiyə versinlər. Əks halda bizi çox böyük təhlükə gözləyir. Mən bunu hər yerdə deyirəm, deyəcəm də. Bunu edənlər Azərbaycan musiqi mədəniyyətini məhv etməklə məşğuldurlar. Onlar kənarda deyil, öz içimizdədir. Siz jurnalistlərin də işi o bayağılığın qarşını almaqdır. Bunun qarşısını almasaq, bunun davamı gələcək. Hər dəfə də danışacağıq, gileylənəcəyik, ortada da heç bir nəticə olmayacaq. Vaxtilə mən qəzetlərə müsahibə verirdim ki, "Azərbaycan musiqisi məhv olur". Deyirdilər ki, "əşi, danışır - danışsın da, onun danışığından bizə nə olacaq ki". Mənim 20 il öncə dediklərim yavaş-yavaş olur. Yolda məni saxlayıb deyirlər ki, "Cavanşir müəllim, niyə Azərbaycan musiqisi bu vəziyyətdədir?"
Klassik musiqinin bugünkü vəziyyəti barədə jurnalistlərə açıqlama verən Mədəniyyət naziri Anar Kərimov bildirmişi ki, son illər klassik əsərlər yazan bəstəkarların sayı demək olar ki, yoxdur. Bu fikrə münasibət bildirən Cavanşir Quliyev qeyd edid ki, bəstəkarların yetişməsi üçün mühit lazımdır:
"Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov hər gün yaranmır. Hər bəstəkarlığı bitirəndən dahi bir əsər gözləmək ağılsızlıq olar. Bu o demək deyil ki, dahi bəsətkarlar, əsərlər yaranmırsa, qapıları bağlayaq. Nə zamansa gələcəklər də... Bunu nə mən bilə bilərəm, nə sən, nə də nazir. Bunun üçün qaynar, yaradıcı mühit olmaldır ki, bir gün o mühitdə yeni bəstəkarlar yetişsin. Bu, hər yerdə belədir. Nazirin fikri ilə qəti razı deyiləm. Bəs, bu qədər bəstəkarlarımız var, onları niyə "öldürürsünüz"? Axı belə deməklə yaşayan bəstəkarlarımızı məhv etmiş oluruq?"
Xatırladaq ki, Cavanşir Quliyev Şəki Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsində təhsil alıb. Daha sonra Konservatoriyanın bəstəkarlıq fakültəsində təhsilini davam etdirib, görkəmli bəstəkar Cövdət Hacıyevin sinfini bitirib.
Tələbəlik illərindən bəstəkarlıqda eksperimentlərinə başlayıb, yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olub. "Millilik və müasirlik" baxımından yaradıcı mübahisələrə səbəb olan əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanıb. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görüb.
1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru kimi çalışıb, 1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri, 1980-1998 illərdə Konservatoriyada, 1994-2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Eyni zamanda 1992-ci il sentyabr ayının 1-dən 2005-ci ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib.
Açıq fikirli olması ilə seçilən sənətkar əksər vaxtlarda qadağalarla üzləşib. Hazırda vətəndən kənarda yaşayan bəstəkar son 15 ildir ki, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsində çalışıb. Bəstəkar uzun müddətdən sonra bu il vətəninə qayıdıb. Yaradıcı fəliyyətində öz ölkəmizdə davam etdirir.