CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Çin malı" adı altında Bakıda yığılan kombilər: Təhlükəli cihazlar evlərə ayaq açır-VİDEO

© Sputnik / Nigar IskanderovaKombi
Kombi - Sputnik Azərbaycan, 1920, 22.11.2022
Abunə olmaq
AİB sədri deyir ki, istilik sistemi olan binalar da sanki kombi biznesinin inkişafında maraqlıdırlar. Hətta paytaxtın mərkəzində, "Tarqovı"da mərkəzi istilik sistemi olsa da, orada yaşayan sakinlərə təzyiq göstərilir ki, kombi sisteminə keçsinlər.
BAKI, 22 noyabr — Sputnik. Havaların soyuması ilə əlaqədar kombilərə tələbat artıb.
Maraqlıdır, hazırda bazarda hansı ölkələrin kombiləri var və qiymətlər necədir?
Bazarda müxtəlif ölkələrin məhsulları var. Bu məhsullar sırasında "Ygnis", "BAXİ Tİ", "DD", "İmmerGas", "ViVa", "Halsen", "E.C.A", "Warm Life", İtaliya istehsalı olan "Barlett", "Termogas", "Novahot" firmalarının məhsulları üstünlük təşkil edir.
Qiymətlər necə dəyişir?
Qiymətlər 560-1200 manat arasında dəyişir. "Elza" firmasının kombiləri 980 manatdır. Satıcı deyir ki, həmin firmanın daha ucuz məhsulu da var, qiyməti 750 manatdır. Lakin 750 manata olan kombinin içi plastmasdır. O bildirir ki, bahalı olanlar daha keyfiyyətli və dayanıqlıdır".
© Sputnik / Nigar IskanderovaKombi
Kombi - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Kombi
Satıcının sözlərinə görə, ən bahalı məhsul İtaliya istehsalı olan "Barlett"dir, onun qiyməti 1 200 manatdır: "Düzü, bəzi alıcılar brend adına aldanır. Amma belə baxanda ölkəsindən asılı olmayaraq, məhsullarımızın hamısı keyfiyyətlidir. Lakin bəzi brend kombilər var ki, onlar qazın təzyiqi az olduqda işləmirlər. Məsələn, Azərbaycanda kombilərin arasında ən brend ada çevrilən, çox satılan "Demirdöküm" firmasının məhsulları az təzyiqlə işləmir. Həmçinin, "Elza" da aşağı təzyiqlə işləmir".
© Sputnik / Nigar IskanderovaKombi
Kombi - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Kombi
Satıcı Volqoqrad istehsalı olan kombilərin də çox keyfiyyətli olduğunu, Ukraynada döyüşlər getməsinə baxmayaraq, bu ölkədən də kombilərin idxal edildiyini bildirir.
Satıcı deyir ki, çox bahalı məhsullara təxminən 50, nisbətən ucuz məhsullara isə 70 manatadək endirim edir.
"Kitay" malı adı ilə bazara daxil edilən bəzi məhsullar elə Bakıda yığılır
Satıcı bildirir ki, "Herman", "Sparta", "Gasterm"in artıq zavodları bağlansa da, bu brendlərin adı altında hissələr Bakıda, Məhəmmədidə yığılaraq "kitay malı" kimi təqdim olunur: "Mən alıcıya məhsulun Bakıda yığıldığını deyirəm, amma elə satıcılar var ki, alıcıları aldadır".
Satıcı onu da əlavə edib ki, bu brendlərin orijinalları ilə müqayisədə Bakıda yığılan kombilər daha zəifdir.
Qeyd edək ki, bazarda hazırda ən çox tələbat olan məhsullardan biri də qızdırıcılar. Qızdırıcıların qiyməti isə təxminən 12 manatdan başlayır.
© Sputnik / Nigar IskanderovaKombi
Kombi - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Kombi
Bazarda təhlükəli mallar var, amma zəmanətə məhəl qoyan yoxdur
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə kombi biznesi çox sürətlə inkişaf edir. "İstilik sistemi olan binalar da sanki kombi biznesinin inkişafında maraqlıdırlar. Hətta paytaxtın mərkəzində, "Tarqovı"da mərkəzi istilik sistemi olsa da, orada yaşayan sakinlərə təzyiq göstərilir ki, kombi sisteminə keçsinlər".
Ekspert deyir ki, kombi biznesinin qurulması qiymətlərin artmasına səbəb olur. Satıcılar isə zəmanət barədə müqaviləyə məhəl qoymurlar:
© Sputnik / Nigar IskanderovaKombi
Kombi - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Kombi
"İstehlakçılar tərəfindən daxil olan müraciətlər arasında qarşı tərəfin zəmanətlə bağlı göstərilən tələblərə əml etməməsi üstünlük təşkil edir".
Hüseynovun sözlərinə görə, hazırda bazarda standartlara uyğun olmayan kombilər də var: "Təhlükəsizliyi təmin olunmalı malların sertifikatlaşmasına dair Nazirlər Kabinetinin 343 saylı qərarı var idi. Bu qərar 2021-ci ilin 18 mayında ləğv olundu. Artıq bazara hər cür kombi gəlir və onların təhlükəsizliyi təmin olunmayıb. Xüsusən də içi plastmas olan kombilər çox təhlükəlidir. Belə olan halda yanğınlar da baş verə bilər. Bu səbəbdən düşünürəm ki, Nazirlər Kabinetinin həmin qərarı yenidən bərpa olunmalı və gətirilən kombilər yoxlanılmalıdır".
Xəbər lenti
0