https://sputnik.az/20221121/yehudi-esilli-musiqici-srail-ve-azerbaycan-musiqileri-oxsardir-448769389.html
Yəhudi əsilli musiqiçi: İsrail və Azərbaycan musiqiləri oxşardır
Yəhudi əsilli musiqiçi: İsrail və Azərbaycan musiqiləri oxşardır
Sputnik Azərbaycan
Salman Rabayev 1990-cı ildən İsraildə yaşamasına baxmayaraq Azərbycana olan sevgisi həmişə qalıb. Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərini dünyaya... 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T08:05+0400
2022-11-21T08:05+0400
2022-11-21T08:05+0400
yəhudi
mədəniyyət
musiqi
musiqiçi
israil
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/14/448769228_0:0:2048:1153_1920x0_80_0_0_34184ab21a2e2fe1ad62c45c83efa1a9.jpg
BAKI, 21 noyabr — Sputnik. Salman Rabayev musiqiçidir. Hazırda İsraildə yaşayan yəhudi əsilli musiqiçi təkcə doğulduğu Bakını deyil, Azərbaycan musiqisini də çox sevir. Azərbaycan musiqi ilə İsrail musiqisinin bənzərliklərindən söz açan Salman Rabayev bildirir ki, iki ölkənin musiqiləri çox oxşardır: "Uşaqlıqdan Azərbaycan musiqisinə - bəstəkar mahnılarına, təsniflərinə, xalq mahnılarına, rəqslərinə çox böyük sevgim olub. Mən həmişə çalışmışam ki, Azərbaycan muğamlarını İsraildə təbliğ edim. Azərbaycan bizim doğma vətənimizdir".1990-cı ildən Bakını tərk edən dağ yəhudisi bildirir ki, 4 ildir ki, orada Azərbaycan musiqisini aktiv təbliğ edir: "Mən həm oxuyuram, həm kamançada ifa edirəm, həm də bəstəkarlıqla məşğul oluram. Mən azərbaycanlı musiqçilərlə daim təmasda oluram. Onların əsərlərin dinləyirəm, sənət mübadiləsi edirəm".Muğamlarımıza dərin məhəbbət bəsləyən musiqiçi bildirir ki, onun ruhuna daha yaxın olanı "Şur"dur: ""Şur"da hər şey var - həm insanı mübarizəyə, həm də sevgiyə çağırır. Elə bəlkə də dahi bəstəkar Fikrət Əmirov da mənim kimi düşünüb, fikirlərimiz üst-üstə gəlib, o da "Şur" simfonik muğamını bəstələyib. "Bayatı-şiraz" muğamını da çox sevirəm. İsrail mahnılarının əksəriyyəti "Bayatı-şiraz" üstündə yazılıb. Təkcə İsrail musiqisi yox, bütün dünya musiqisi onun üzərində qururlub".Müsahibimiz İsrail mahnılarını Azərbaycan dilinə tərcümə edib. Bəzi Azərbaycan musiqilərini də orada təbliğ etmək üçün tərcümə edir. Müsahibimiz əlavə edir ki, Azərbaycan və İsrailin mədəniyyəti ilə yanaşı, tolerantığı da bir-birinə bənzəyir: "İsrail dövləti də Azərbaycan kimi sülh istəyir. Onlar başqa ölklərə qarşı torpaq iddiasında deyillər. Onlar sadəcə öz topraqlarına sahib olmaq istəyirlər, öz torpaqlarını qorumaq istəyirlər. Elə buna görə də Azərbaycanla həmfikirdirlər. Təəssüf ki, Türkiyə ilə problemlərimiz var. Mən çox istərdim ki, Türkiyə ilə olan münasibətlərimiz öz həllini tapsın. Üç ölkə həmişə bir addımlayaq".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/14/448769228_171:0:1991:1365_1920x0_80_0_0_ecd804b887efa83f6022ec90c9ce00fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yəhudi, musiqi, musiqiçi, israil, azərbaycan
yəhudi, musiqi, musiqiçi, israil, azərbaycan
Yəhudi əsilli musiqiçi: İsrail və Azərbaycan musiqiləri oxşardır
Salman Rabayev 1990-cı ildən İsraildə yaşamasına baxmayaraq Azərbycana olan sevgisi həmişə qalıb. Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında müstəsna rolu olub
BAKI, 21 noyabr — Sputnik. Salman Rabayev musiqiçidir. Hazırda İsraildə yaşayan yəhudi əsilli musiqiçi təkcə doğulduğu Bakını deyil, Azərbaycan musiqisini də çox sevir. Azərbaycan musiqi ilə İsrail musiqisinin bənzərliklərindən söz açan Salman Rabayev bildirir ki, iki ölkənin musiqiləri çox oxşardır: "Uşaqlıqdan Azərbaycan musiqisinə - bəstəkar mahnılarına, təsniflərinə, xalq mahnılarına, rəqslərinə çox böyük sevgim olub. Mən həmişə çalışmışam ki, Azərbaycan muğamlarını İsraildə təbliğ edim. Azərbaycan bizim doğma vətənimizdir".
1990-cı ildən Bakını tərk edən dağ yəhudisi bildirir ki, 4 ildir ki, orada Azərbaycan musiqisini aktiv təbliğ edir: "Mən həm oxuyuram, həm kamançada ifa edirəm, həm də bəstəkarlıqla məşğul oluram. Mən azərbaycanlı musiqçilərlə daim təmasda oluram. Onların əsərlərin dinləyirəm, sənət mübadiləsi edirəm".
Muğamlarımıza dərin məhəbbət bəsləyən musiqiçi bildirir ki, onun ruhuna daha yaxın olanı "Şur"dur: ""Şur"da hər şey var - həm insanı mübarizəyə, həm də sevgiyə çağırır. Elə bəlkə də dahi bəstəkar Fikrət Əmirov da mənim kimi düşünüb, fikirlərimiz üst-üstə gəlib, o da "Şur" simfonik muğamını bəstələyib. "Bayatı-şiraz" muğamını da çox sevirəm. İsrail mahnılarının əksəriyyəti "Bayatı-şiraz" üstündə yazılıb. Təkcə İsrail musiqisi yox, bütün dünya musiqisi onun üzərində qururlub".
Müsahibimiz İsrail mahnılarını Azərbaycan dilinə tərcümə edib. Bəzi Azərbaycan musiqilərini də orada təbliğ etmək üçün tərcümə edir. Müsahibimiz əlavə edir ki, Azərbaycan və İsrailin mədəniyyəti ilə yanaşı, tolerantığı da bir-birinə bənzəyir: "İsrail dövləti də Azərbaycan kimi sülh istəyir. Onlar başqa ölklərə qarşı torpaq iddiasında deyillər. Onlar sadəcə öz topraqlarına sahib olmaq istəyirlər, öz torpaqlarını qorumaq istəyirlər. Elə buna görə də Azərbaycanla həmfikirdirlər. Təəssüf ki, Türkiyə ilə problemlərimiz var. Mən çox istərdim ki, Türkiyə ilə olan münasibətlərimiz öz həllini tapsın. Üç ölkə həmişə bir addımlayaq".