https://sputnik.az/20221121/siyasi-partiyanin-qeydiyyati-ucun-uzv-telebi-iki-defe-azaldilir-448794703.html
Siyasi partiyanın qeydiyyatı üçün üzv tələbi iki dəfə azaldılır
Siyasi partiyanın qeydiyyatı üçün üzv tələbi iki dəfə azaldılır
Sputnik Azərbaycan
Bu, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T13:09+0400
2022-11-21T13:09+0400
2022-11-21T13:09+0400
imza
siyasət
siyasi partiyalar
"siyasi partiyalar haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 21 noyabr — Sputnik. Siyasi partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı tələb dəyişir.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.Yeni redaksiyaya əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olması tələb kimi qoyulub.Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalı idi.Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.Noyabrın 4-də "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirib ki, "Siyasi partiyalar haqqında" mövcud qanun 1992-ci ildə qəbul edilib. Ötən illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib. Eyni zamanda, Azərbaycanda "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu qəbul edilib. Ona görə də bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi, həm də milli konstitusion hüququn təsbiti tələblərindən irəli gələrək "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin qəbulu zəruridir.Əli Hüseynli layihənin hazırlanmasından danışıb, 20-dən çox ölkənin, o cümlədən Avropanın qabaqcıl ölkələrinin təcrübəsinin, həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə tövsiyələrinin, siyasi partiyalardan daxil olan təkliflərin nəzərə alınması barədə məlumat verib.O, siyasi partiyaların nümayəndələrinin iştirakı ilə keçirilmiş birinci ictimai dinləmənin çox faydalı olduğunu və layihənin təkmilləşdirilməsinə töhfə verdiyini deyib, bugünkü müzakirələrdə səslənəcək fikirlərin də ölkənin siyasi partiyalar haqqında qanunvericiliyinin inkişafına kömək edəcəyinə inamını ifadə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
imza, siyasi partiyalar, "siyasi partiyalar haqqında" qanun
imza, siyasi partiyalar, "siyasi partiyalar haqqında" qanun
Siyasi partiyanın qeydiyyatı üçün üzv tələbi iki dəfə azaldılır
Bu, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
BAKI, 21 noyabr — Sputnik. Siyasi partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı tələb dəyişir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
Yeni redaksiyaya əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olması tələb kimi qoyulub.
Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalı idi.
Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Noyabrın 4-də "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirib ki, "Siyasi partiyalar haqqında" mövcud qanun 1992-ci ildə qəbul edilib. Ötən illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib. Eyni zamanda, Azərbaycanda "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu qəbul edilib. Ona görə də bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi, həm də milli konstitusion hüququn təsbiti tələblərindən irəli gələrək "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin qəbulu zəruridir.
Əli Hüseynli layihənin hazırlanmasından danışıb, 20-dən çox ölkənin, o cümlədən Avropanın qabaqcıl ölkələrinin təcrübəsinin, həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə tövsiyələrinin, siyasi partiyalardan daxil olan təkliflərin nəzərə alınması barədə məlumat verib.
O, siyasi partiyaların nümayəndələrinin iştirakı ilə keçirilmiş birinci ictimai dinləmənin çox faydalı olduğunu və layihənin təkmilləşdirilməsinə töhfə verdiyini deyib, bugünkü müzakirələrdə səslənəcək fikirlərin də ölkənin siyasi partiyalar haqqında qanunvericiliyinin inkişafına kömək edəcəyinə inamını ifadə edib.