SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Seçkidə etibarlı səs qazanan, amma parlamentdə təmsil olunmayan partiyaya yardım ayrılacaq

© Sputnik / Murad Orujov / Mediabanka keçidManat, arxiv şəkli
Manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Maliyyə hesabatı barədə pozuntunu təkrarlayan partiya bir il dövlət yardımı almayacaq.
BAKI, 21 noyabr — Sputnik. Azərbaycanda parlament seçkilərində etibarlı səslər qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara maliyyə yardımı ayrılacaq.
Bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
Layihədə qeyd edilib ki, siyasi partiyanın fəaliyyətinin bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardımı ayrılır və bu məqsədlə hər il dövlət büdcəsində ayrıca sətirlə göstərilməklə vəsait nəzərdə tutulur.
Həmin vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanan, lakin qanunverici orqanda təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək.
Qeyd edək ki, bununla bağlı qanunverciilikdə indiyədək hər hansı bir müddəa mövcud deyildi.
Bundan başqa, yeni redaksiyaya görə, Azərbaycanda maliyyə hesabatı barədə pozuntunu növbəti ildə təkrarlayan siyasi partiyaya bir il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.
Layihəyə əsasən,maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti bir il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.
Qanun layihəsinin ilkin varinatında isə bu müddət 3 il idi.
Xəbər lenti
0