Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

Niderland milli dünya çempionatında ilk qələbəsini qazanıb

© AP Photo / Thanassis StavrakisNiderland - Seneqal matçında oyun epizodu
Niderland - Seneqal matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Futbol üzrə Seneqal yığması dünya çempionatına məğlubiyyətlə başlayıb.
BAKI, 21 noyabr - Sputnik. Qətərdəki dünya çempionatında Seneqal və Niderland milli komandaları arasında A qrupunun ilk tur oyunu keçirilib.
"Al-Tumama" stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb - 0:0.
Oyunda hesab 84-cü dəqiqədə açılıb. Kodi Qakpo Niderlandı hesabda önə çıxarıb - 1:0.
90+9-cu dəqiqədə Devi Klassen hesab arasındakı fərqi artırıb - 2:0.
Bu qrupda ilk oyun dünən Qətər və Ekvador yığmaları arasında olub. Görüş 2:0 hesabı ilə Ekvadorun xeyrinə başa çatıb.
İkinci günün son qarşılaşmasında B qrupunda ABŞ seçməsi Uelsi sınağa çəkəcək. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu qrupun ilk qarşılaşmasında İngiltərə İranı darmadağın edib - 6:2.
İngiltərə-İran matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 21.11.2022
DÇ-2022
DÇ-2022: İngiltərə millisi İranı darmadağın edib
Xəbər lenti
0