https://sputnik.az/20221121/milli-meclisin-sedri-geri-qayitmis-mecburi-kockunlerin-heyati-ciddi-tehluke-altindadir-448821908.html
Milli Məclisin sədri: "Geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır"
Milli Məclisin sədri: "Geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır"
Sputnik Azərbaycan
Spiker diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır... 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T22:07+0400
2022-11-21T22:07+0400
2022-11-21T22:07+0400
sahibə qafarova
azərbaycan xəbərləri
milli məclis
kamboca
məcburi köçkünlər
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443311145_0:40:1500:884_1920x0_80_0_0_53e2e884b48794abe6a91ee58d8a74f4.jpg
BAKI, 21 noyabr - Sputnik. Hazırda qadın və uşaqlar da daxil olmaqla geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır.Bunu Kamboca Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Pnompendə keçirilən ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşündə deyib.S.Qafarova Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etməsindən sonra həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri barədə məlumat verib. O, bildirib ki, keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bu prosesə ciddi maneədir.Milli Məclisin sədri diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb:"Mina problemi normal həyatlarını davam etdirməyə çalışan qadınlarımız üçün böyük bir sınaqdır".Milli Məclisin sədri deyib ki, bu məsələ qadınlar, sülh və təhlükəsizlik haqqında qlobal gündəlikdə diqqətdə saxlanılmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443311145_135:0:1366:923_1920x0_80_0_0_96744ea502f053cce47d9461b42ab6a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibə qafarova, milli məclis, kamboca, məcburi köçkünlər
sahibə qafarova, milli məclis, kamboca, məcburi köçkünlər
Milli Məclisin sədri: "Geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır"
Spiker diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.
BAKI, 21 noyabr - Sputnik. Hazırda qadın və uşaqlar da daxil olmaqla geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır.
Bunu Kamboca Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Pnompendə keçirilən ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşündə deyib.
S.Qafarova Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etməsindən sonra həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri barədə məlumat verib. O, bildirib ki, keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bu prosesə ciddi maneədir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb:
"Mina problemi normal həyatlarını davam etdirməyə çalışan qadınlarımız üçün böyük bir sınaqdır".
Milli Məclisin sədri deyib ki, bu məsələ qadınlar, sülh və təhlükəsizlik haqqında qlobal gündəlikdə diqqətdə saxlanılmalıdır.