SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev yenidən prezident seçilən Tokayevi təbrik edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Azərbaycan Prezidenti bildirib ki, səsvermənin nəticələri qazax xalqının Tokayevə olan böyük inam və etimadının bariz təzahürü, Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinə verilən yüksək qiymətdir.
BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Səsvermənin nəticələri xalqınızın Sizə olan böyük inam və etimadının bariz təzahürü, qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinizə verilən yüksək qiymətdir.
Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".
Xəbər lenti
0