DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lebedev: "Prezident seçkiləri Qazaxıstan seçki qanunvericiliyi pozulmadan təşkil edilib"

© Sputnik / Максим БлиновQazaxıstanda növbədənkənar prezident seçkilərində
Qazaxıstanda növbədənkənar prezident seçkilərində - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
MSK-nın ilkin nəticələrinə görə, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev 81,31 faiz səslə prezident seçkilərində qalib gəlib.
BAKI, 21 noyabr — Sputnik. Qazaxıstanda növbədənkənar prezident seçkiləri ölkənin seçki qanunvericiliyi pozulmadan mütəşəkkil şəkildə keçirilib. Bunu Qazaxıstan seçkilərini müşahidə edən MDB müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev bildirib.
"Nəticələrimiz ondan ibarətdir ki, seçkilərə hazırlıq kifayət qədər keyfiyyətli, mütəşəkkil olub. Seçkilər ləyaqətlə, Qazaxıstan Respublikasının seçki qanunvericiliyi pozulmadan təşkil edilib", - o, jurnalistlər ilə söhbət zamanı deyib.
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib.
MSK-nın ilkin nəticələrinə görə, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev 81,31 faiz səslə prezident seçkilərində qalib gəlib.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısının səlahiyyətlərini məhdudlaşdıran qanunu imzalayıb. Tokayev konstitusiya islahatlarının Qazaxıstan tarixində yeni dövrün başlanğıcı olduğunu deyib. Onun sözlərinə görə, bu islahatlar son üç il ərzində ölkədəki siyasi dəyişiklikləri möhkəmləndirib və dövlətçiliyin daha da güclənməsi üçün möhkəm bünövrə salıb.
Xatırladaq ki, noyabrın 3-də ölkə parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdıran, onun ailə üzvlərinin siyasi fəaliyyətlə məşğul olmaq imkanları barədə əlavə və dəyişiklikləri qəbul edib. Dəyişikliyə əsasən, dövlət başçısının qohumları dövlət orqanlarında rəhbər vəzifələrə təyin edilə bilməz. Bundan əlavə, prezidentin parlamentin yuxarı palatasının yaradılmasında və yerli hökumət orqanlarının işinin təşkilində iştirakı da məhdudlaşdırılacaq.
Xəbər lenti
0