https://sputnik.az/20221121/kim-kardasyanin-kecmis-eri-2024-cu-ilde-abs-prezidentliyine-namized-olacaq-448806625.html
Kim Kardaşyanın keçmiş əri 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olacaq
Kim Kardaşyanın keçmiş əri 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olacaq
Sputnik Azərbaycan
Bir müddət əvvəl antisemit hesab olunan ifadələrinə görə sosial şəbəkə hesabları qapadılmış repçi Kanye Uest 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ... 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T23:55+0400
2022-11-21T23:55+0400
2022-11-22T10:55+0400
kanye vest
mədəniyyət
kim kardaşyan
abş
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0f/424446229_0:0:3073:1728_1920x0_80_0_0_b4170468aeb845df2234fafe100ec69a.jpg
BAKI, 21 noyabr — Sputnik. Antisemit ifadələrinə görə qınanan amerikalı repçi Kanye Uest 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ prezidentliyinə namizəd olacağını bildirib.Bu barədə "New York Post" ifaçının sosial şəbəkələrdə yayılan videosuna istinadən xəbər verir."Bəli. Biz yalnız gələcəyə doğru irəliləyirik", - repçi ABŞ prezidentliyinə namizəd olub-olmayacağı ilə bağlı suala cavabında deyib.Videoda Uest, həmçinin üzərində "Ye24" sözləri yazılmış geyimini nümayiş etdirir. Burada "Ye" repçinin təxəllüsünə istinad ola, 24 rəqəmi isə ABŞ-da növbəti prezident seçkilərinin keçiriləcəyi 2024-cü ili simvolizə edə bilər.Oktyabr ayında "Twitter" repçinin antisemit ifadələrinə görə bloklanmış hesabını aktiv edib. Sosial şəbəkənin hazırkı sahibi, milyarder İlon Mask bildirib ki, şirkət repçiyə hesaba girişi onun sahibkarlığı əldə etməməsindən öncə qaytarıb.Xatırladaq ki, repçi ABŞ ordusunun hərbi hazırlıq səviyyəsini ələ salaraq istifadəçilərin antisemit hesab etdiyi tvit yazmışdı. Sonradan məlum oldu ki, Amerikanın idman ayaqqabıları istehsal edən "Skechers" şirkəti, eləcə də bir çox başqa brendlər onun ictimai açıqlamaları ilə ona qarşı yönəlmiş tənqid dalğası fonunda sənətçi ilə əməkdaşlıqdan imtina edib.Uest artıq 2020-ci ildə keçirilən prezident seçkilərində iştirak edib, o zaman 1%-dən az səs toplayıb.Qeyd edək ki, Kanye Uest 2012-ci ilin aprelindən bəri erməni əsilli amerikalı şou biznes ulduzu Kim Kardaşyanla bərabər olub. Onlar 2014-cü ildə rəsmi nikaha giriblər. Cütlüyün birgə münasibətdən 4 uşağı var. Kardaşyan bu ilin əvvələində Vogue jurnalına verdiyi müsahibədə etiraf edib ki, son bir neçə ildə onun həyat prioritetləri dəyişib, buna görə də o, öz rahatlığını daha çox düşünməyə başlayıb və keçmiş ərindən ayrılmaq qərarına gəlib."Uzun müddətdir ki, mən başqalarını xoşbəxt edən şeyi etdim. Ancaq son iki il ərzində özümü xoşbəxt etmək qərarına gəldim" - o, deyib. Bildirib ki, Uestlə fikir ayrılığına səbəb məhz qeyd olunan məsələdir."Və bu, boşanmağıma səbəb olsa belə, düşünürəm ki, sizi həqiqətən xoşbəxt edən şey haqqında özünüzlə dürüst olmaq vacibdir" - deyə realiti ulduzu yekunlaşdırıb.2021-ci ilin fevral ayında Kim Kardaşyan Kanye Uestdən boşanmaq üçün məhkəməyə müraciət edib. Qeyd olunub ki, ər-arvad arasında nikah müqaviləsi var və heç biri bu müqaviləni mübahisə predmetinə çevirmir. Kardaşyan məşhur ərindən yalnız dörd uşağın birgə qəyyumluğunu istəyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0f/424446229_104:0:2835:2048_1920x0_80_0_0_7b71dd47c944f4be9648bd2052ed926c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kanye vest, kim kardaşyan, abş
kanye vest, kim kardaşyan, abş
Kim Kardaşyanın keçmiş əri 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olacaq
23:55 21.11.2022 (Yenilənib: 10:55 22.11.2022) Bir müddət əvvəl antisemit hesab olunan ifadələrinə görə sosial şəbəkə hesabları qapadılmış repçi Kanye Uest 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ prezidentliyinə namizəd olacağını bildirib.
BAKI, 21 noyabr — Sputnik. Antisemit ifadələrinə görə qınanan amerikalı repçi Kanye Uest 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ prezidentliyinə namizəd olacağını bildirib.
Bu barədə "New York Post" ifaçının sosial şəbəkələrdə yayılan videosuna istinadən xəbər verir.
"Bəli. Biz yalnız gələcəyə doğru irəliləyirik", - repçi ABŞ prezidentliyinə namizəd olub-olmayacağı ilə bağlı suala cavabında deyib.
Videoda Uest, həmçinin üzərində "Ye24" sözləri yazılmış geyimini nümayiş etdirir. Burada "Ye" repçinin təxəllüsünə istinad ola, 24 rəqəmi isə ABŞ-da növbəti prezident seçkilərinin keçiriləcəyi 2024-cü ili simvolizə edə bilər.
Oktyabr ayında "Twitter" repçinin antisemit ifadələrinə görə bloklanmış hesabını aktiv edib. Sosial şəbəkənin hazırkı sahibi, milyarder İlon Mask bildirib ki, şirkət repçiyə hesaba girişi onun sahibkarlığı əldə etməməsindən öncə qaytarıb.
Xatırladaq ki, repçi ABŞ ordusunun hərbi hazırlıq səviyyəsini ələ salaraq istifadəçilərin antisemit hesab etdiyi tvit yazmışdı. Sonradan məlum oldu ki, Amerikanın idman ayaqqabıları istehsal edən "Skechers" şirkəti, eləcə də bir çox başqa brendlər onun ictimai açıqlamaları ilə ona qarşı yönəlmiş tənqid dalğası fonunda sənətçi ilə əməkdaşlıqdan imtina edib.
Uest artıq 2020-ci ildə keçirilən prezident seçkilərində iştirak edib, o zaman 1%-dən az səs toplayıb.
Qeyd edək ki, Kanye Uest 2012-ci ilin aprelindən bəri erməni əsilli amerikalı şou biznes ulduzu Kim Kardaşyanla bərabər olub. Onlar 2014-cü ildə rəsmi nikaha giriblər. Cütlüyün birgə münasibətdən 4 uşağı var. Kardaşyan bu ilin əvvələində Vogue jurnalına verdiyi müsahibədə etiraf edib ki, son bir neçə ildə onun həyat prioritetləri dəyişib, buna görə də o, öz rahatlığını daha çox düşünməyə başlayıb və keçmiş ərindən ayrılmaq qərarına gəlib.
"Uzun müddətdir ki, mən başqalarını xoşbəxt edən şeyi etdim. Ancaq son iki il ərzində özümü xoşbəxt etmək qərarına gəldim" - o, deyib. Bildirib ki, Uestlə fikir ayrılığına səbəb məhz qeyd olunan məsələdir.
"Və bu, boşanmağıma səbəb olsa belə, düşünürəm ki, sizi həqiqətən xoşbəxt edən şey haqqında özünüzlə dürüst olmaq vacibdir" - deyə realiti ulduzu yekunlaşdırıb.
2021-ci ilin fevral ayında Kim Kardaşyan Kanye Uestdən boşanmaq üçün məhkəməyə müraciət edib. Qeyd olunub ki, ər-arvad arasında nikah müqaviləsi var və heç biri bu müqaviləni mübahisə predmetinə çevirmir. Kardaşyan məşhur ərindən yalnız dörd uşağın birgə qəyyumluğunu istəyib.