https://sputnik.az/20221121/erdogan-qutteresle-putinin-teklifini-muzakire-etdi-448804896.html
Ərdoğan Quttereşlə Putinin təklifini müzakirə etdi
Ərdoğan Quttereşlə Putinin təklifini müzakirə etdi
Sputnik Azərbaycan
Bundan əvvəl Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə aclıqdan əziyyət çəkən Afrika ölkələrinə pulsuz Rusiya taxılının və gübrələrin göndərilməsinin... 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T14:52+0400
2022-11-21T14:52+0400
2022-11-21T15:07+0400
ərdoğan
siyasət
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
antonio quterreş
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447415792_0:147:3119:1901_1920x0_80_0_0_91b62452f8d6ce18843d4ac12c19da8f.jpg
BAKI, 21 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə Rusiya lideri Vladimir Putinin inkişaf etməmiş ölkələrə taxıl və gübrə çatdırılması təklifini müzakirə etdiyini bildirib.Bundan əvvəl Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə aclıqdan əziyyət çəkən Afrika ölkələrinə pulsuz Rusiya taxılının və gübrələrin göndərilməsinin mümkünlüyü barədə razılığa gəldiyini bildirib.Putin sentyabrın əvvəlində vurğulamışdı ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir. O, həmçinin bəyan edib ki, Moskva ən kasıb ölkələrə "Taxıl sazişi" çərçivəsində onlar üçün nəzərdə tutulan bütün taxıl həcmini pulsuz verməyə hazırdır."Cənab Putin mənə belə bir təklif etdi: "Gəlin bu taxılı inkişaf etməmiş, yəni kasıb ölkələrə pulsuz göndərək. Əslində biz elə planlaşdırmışıq ki, buğdanı alıb Türkiyədə una çevirək, sonra un şəklində bu inkişaf etməmiş ölkələrə göndərək. Quterreşlə də müzakirə etdik ki, əgər buğda götürsəniz, una çevirin və un şəklində inkişaf etməmiş və yoxsul ölkələrə göndərin", – Ərdoğan Qətərdən qayıdandan sonra təyyarədə jurnalistlərə deyib.Qeyd edək ki, "Taxıl sazişi"nin müddəti daha 120 gün uzadılıb. BMT-nin baş katibi Antonio Quterreş də bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün bütün üzvləri - Rusiya, Türkiyə və Ukrayna sazişin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər.İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "Taxıl sazişi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447415792_195:0:2924:2047_1920x0_80_0_0_09db27fae20fd619f4da83507feff5ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ərdoğan, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Ərdoğan Quttereşlə Putinin təklifini müzakirə etdi
14:52 21.11.2022 (Yenilənib: 15:07 21.11.2022) Bundan əvvəl Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə aclıqdan əziyyət çəkən Afrika ölkələrinə pulsuz Rusiya taxılının və gübrələrin göndərilməsinin mümkünlüyü barədə razılığa gəldiyini bildirib.
BAKI, 21 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə Rusiya lideri Vladimir Putinin inkişaf etməmiş ölkələrə taxıl və gübrə çatdırılması təklifini müzakirə etdiyini bildirib.
Bundan əvvəl Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə aclıqdan əziyyət çəkən Afrika ölkələrinə pulsuz Rusiya taxılının və gübrələrin göndərilməsinin mümkünlüyü barədə razılığa gəldiyini bildirib.
Putin sentyabrın əvvəlində vurğulamışdı ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir. O, həmçinin bəyan edib ki, Moskva ən kasıb ölkələrə "Taxıl sazişi" çərçivəsində onlar üçün nəzərdə tutulan bütün taxıl həcmini pulsuz verməyə hazırdır.
"Cənab Putin mənə belə bir təklif etdi: "Gəlin bu taxılı inkişaf etməmiş, yəni kasıb ölkələrə pulsuz göndərək. Əslində biz elə planlaşdırmışıq ki, buğdanı alıb Türkiyədə una çevirək, sonra un şəklində bu inkişaf etməmiş ölkələrə göndərək. Quterreşlə də müzakirə etdik ki, əgər buğda götürsəniz, una çevirin və un şəklində inkişaf etməmiş və yoxsul ölkələrə göndərin", – Ərdoğan Qətərdən qayıdandan sonra təyyarədə jurnalistlərə deyib.
Qeyd edək ki, "Taxıl sazişi"nin müddəti daha 120 gün uzadılıb. BMT-nin baş katibi Antonio Quterreş də bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün bütün üzvləri - Rusiya, Türkiyə və Ukrayna sazişin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "Taxıl sazişi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.