https://sputnik.az/20221121/edliyye-nazirliyi-en-tez-xidmet-konsepsiyasi-hazirlayib-448794453.html
Ədliyyə Nazirliyi "ƏN TEZ" xidmət konsepsiyası hazırlayıb
Ədliyyə Nazirliyi "ƏN TEZ" xidmət konsepsiyası hazırlayıb
Sputnik Azərbaycan
Nazirliyin rəsmisi bildirib ki, bu konsepsiya təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, həmçinin hazır sənədlərin yerindəcə verilməsi... 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T13:45+0400
2022-11-21T13:45+0400
2022-11-21T13:45+0400
ədliyyə nazirliyi
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/40721/05/407210529_0:77:2001:1202_1920x0_80_0_0_491e3a86f5c722047ae747dbbfbb964f.jpg
BAKI, 21 noyabr — Sputnik. "Ədliyyə Nazirliyi yeni təcili elektron zəng xidməti - "ƏN TEZ" xidmət konsepsiyası hazırlayıb".Bunu Ədliyyə Nazirliyinin İnformasiya kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə "Rəqəmsal Ədliyyə Yenilikləri" adlı tədbirdə deyib.Onun sözlərinə görə, "ƏN TEZ" xidmət Ədliyyə Nazirliyinə təcili elektron zəng deməkdir:"Bu konsepsiya təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, həmçinin hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və xidmətlərin olduqca sürətləndirilmiş rejimdə göstərilməsini şərtləndirir. Həmin sürətə nail olmaq üçün respublikada fəaliyyət göstərən bütün yerli ədliyyə orqanları həmin xidmət şəbəkəsinə cəlb olunacaq. Bundan əlavə, vətəndaşın müraciəti zamanı həmin vaxt işi nisbətən az olan qurum onun icrasını təmin edəcək".Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə isə bildirib ki, yeni infrastrukturların yaradılmasını, habelə əlavə işçi qüvvəsinin cəlb edilməsini istisna edən bu konsepsiya izafi xərclərin qarşısını almaqla yanaşı, müxtəlif ədliyyə xidmətlərindən eyni zamanda yararlanmağı təmin edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40721/05/407210529_146:0:1853:1280_1920x0_80_0_0_ac47ee38337d2ec5848d8da7bb3ce8fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ədliyyə nazirliyi
Ədliyyə Nazirliyi "ƏN TEZ" xidmət konsepsiyası hazırlayıb
Nazirliyin rəsmisi bildirib ki, bu konsepsiya təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, həmçinin hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və xidmətlərin olduqca sürətləndirilmiş rejimdə göstərilməsini şərtləndirir.
BAKI, 21 noyabr — Sputnik. "Ədliyyə Nazirliyi yeni təcili elektron zəng xidməti - "ƏN TEZ" xidmət konsepsiyası hazırlayıb".
Bunu Ədliyyə Nazirliyinin İnformasiya kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə "Rəqəmsal Ədliyyə Yenilikləri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, "ƏN TEZ" xidmət Ədliyyə Nazirliyinə təcili elektron zəng deməkdir:
"Bu konsepsiya təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, həmçinin hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və xidmətlərin olduqca sürətləndirilmiş rejimdə göstərilməsini şərtləndirir. Həmin sürətə nail olmaq üçün respublikada fəaliyyət göstərən bütün yerli ədliyyə orqanları həmin xidmət şəbəkəsinə cəlb olunacaq. Bundan əlavə, vətəndaşın müraciəti zamanı həmin vaxt işi nisbətən az olan qurum onun icrasını təmin edəcək".
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə isə bildirib ki, yeni infrastrukturların yaradılmasını, habelə əlavə işçi qüvvəsinin cəlb edilməsini istisna edən bu konsepsiya izafi xərclərin qarşısını almaqla yanaşı, müxtəlif ədliyyə xidmətlərindən eyni zamanda yararlanmağı təmin edəcək.