Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

DSX-nin hərbçiləri Cəbrayılda qəzaya düşüblər, ölən var

© State Border Service of Azerbaijan RepublicDSX-nın yeni hərbi hissəsinin açılış mərasimi
DSX-nın yeni hərbi hissəsinin açılış mərasimi - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
"UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib
BAKI, 21 noyabr — Sputnik. Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüb.
DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən xəbərə görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.
DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.
Xəbər lenti
0