Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bu, tarixi məqamdır": NATO bloku çat verib

© AFP 2024 / GEORGES GOBETNATO emblemi və bayrağı, arxiv şəkli
NATO emblemi və bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Alyansın hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyətlərinin başa çatmasına bir ildən az vaxt qalıb. Amerika media mənbələrinin məlumatına görə, müttəfiqlər arasında bu post uğrunda ciddi mübarizə gedir.
Renat Abdullin, RİA Novosti
Polşadakı raket insidenti ilə bağlı ziddiyyətli qiymətləndirmələr fonunda Şimali Atlantika Alyansının irəli sürdüyü "açıq qapı" siyasətində problem yaranıb. Məlum olub ki, quruma daxil olmaq ciddi güzəştlərlə bağlıdır. Və qarşıdan gələn rəhbərlik dəyişikliyi müttəfiqlər arasında əsas ziddiyyətləri ortaya çıxardı.
Türkiyə qərar verir
İsveç parlamenti terrorizmlə mübarizə üçün daha sərt tədbirlər haqqında konstitusiya dəyişikliyini qəbul edib. Ancaq bu, könüllü şəkildə baş verməyib.
Həm İsveç, həm də Finlandiyadan NATO-ya müraciətləri əngəllən Türkiyə buna israr edib. Ankara Stokholmun kürdləri dəstəkləməsindən narazıdır. Doğrudan da, onların icması nüfuzludur, hətta hakimiyyətdə də nümayəndələri var. Finlərlə bağlı şikayətlər daha azdır, lakin əvvəllər bitərəf olan skandinaviyalılar bloka cüt-cüt qoşulmaq qərarına gəldiyindən Helsinki də "əyləci basaraq" sürətini azaldıb.
Riksdaqda (İsveçin 349 yerlik birpalatalı parlamenti) 278 səslə qəbul edilən düzəliş kifayət qədər qeyri-müəyyəndir. Söhbət "terrorçuluqda iştirak etdikləri və ya dəstəklədikləri halda assosiasiyaların azadlığını məhdudlaşdıran" qanunların mümkünlüyündən gedir.
Bununla belə, bir həftə əvvəl baş nazir Ulf Kristersson Ankaraya səfəri zamanı bunu böyük irəliləyiş adlandırmışdı. O, Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib: "İsveç hüquq-mühafizə orqanlarına terrorla mübarizə üçün daha çox qüvvə verəcək addımlar atacaq".
Antiterror düzəlişi əvvəlki solçu hökumət dövründə, apreldə nəzərdən keçirilib. İslahat keçməyib. İndi ona qarşı yalnız müxalifətdə olan Sol Partiya çıxdı. Lakin onun səsləri kifayət etmədi. Dəyişikliklər yanvarın 1-dən qüvvəyə minəcək. Beləliklə, isveçlilər və finlər gözləməli olacaqlar. Bundan əlavə, Türkiyədən başqa Macarıstan da Skandinaviya müraciətlərini ratifikasiya etməyib.
Budapeşt tərəddüd edir
Ankara terrorda şübhəli bilinən kürdlərin İsveçdən qovulmasını tələb edirsə (indiyə qədər ikisi deportasiya edilib, siyahıda 73 nəfər var), Macarıstanın iddiaları o qədər də konkret deyil. Onlar anti-Rusiya sanksiyalarını dəstəkləməkdən çəkinirlər, birmənalı olaraq Ukraynanın tərəfini tutmurlar, Kiyevə çoxmilyardlıq maliyyə tranşlarını ləngidirlər və ümumilikdə tərəfdaşlar üçün çoxlu problemlər yaradırlar.
Finlandiya və İsveçin baş nazirləri Macarıstan və Türkiyəni ərizələrini təsdiqləməyə çağırırlar. Kristersson qeyd edib ki, Stokholm "alyans daxilindəki hər bir ölkənin öz qərarlarını verdiyinə tam hörmət edir", lakin əvvəlki solçu hökumət Türkiyə ilə yay memorandumunun şərtlərinə artıq qismən əməl edib, silah embarqosunu ləğv edib, Suriyadakı kürd qruplarına maliyyə və digər yardımların qarşısını alıb.
Ekspertlər hesab edirlər ki, Stokholmdakı sağ mərkəzçi kabinet üçün Ankara ilə ortaq dil tapmaq daha asan olacaq. Bunu dolayısı ilə xarici işlər naziri Tobias Bilstrem da təsdiqləyib. Onun sözlərinə görə, hakim koalisiyanın kürd məsələsində "az yükü" var. Onun sələfi Ann Linde isə kürdlərə ictimai dəstəyi ilə Türkiyə ilə danışıqları çətinləşdirirdi.
Budapeştdən də müsbət siqnallar gəlib. Baş nazir Qerqeli Qulyaş bildirib ki, hökumət ratifikasiya sənədlərini Milli Məclisə təqdim edib.
Ancaq bu vəziyyətdə belə, müzakirəsiz keçinməyib. Baş nazir bildirib ki, NATO-nun genişlənməsinin Macarıstanın milli maraqlarına uyğun olub-olmaması məsələsi hələ də müzakirə olunacaq.
Moldova üçün İsveç nümunəsi
Noyabrın sonunda Rumıniyada Ukrayna, Gürcüstan və Moldovanın da dəvət olunduğu NATO sammiti keçiriləcək. Kiyev və Tbilisi üçün bloka qoşulmaq strateji məqsəddir. Kişinyovla bağlı vəziyyət daha çətindir. Moldova konstitusiyasının 11-ci maddəsinə əsasən, "respublika daimi neytrallıq elan edir" və "öz ərazisində başqa dövlətlərin silahlı qüvvələrinin yerləşdirilməsinə icazə vermir".
Eyni zamanda, Moldova 16 il əvvəl NATO ilə "Fərdi tərəfdaşlıq planı" imzalayıb. Bu, rutin razılaşma deyil, əslində, alyansa gedən yolda ikinci addımdır, ardınca "Sürətləndirilmiş dialoq" mərhələsi və əslində, yekun "Qoşulma üzrə Fəaliyyət Planı" gəlir.
NATO naminə istənilən qanunlar, o cümlədən konstitusiya dəyişdirilə bilər. Lakin son söz alyansın rəhbərliyinə məxsusdur ki, burada da dəyişikliklər gedir.
Liderlik uğrunda mübarizə
Alyansın hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyətlərinin başa çatmasına bir ildən az vaxt qalıb. Amerika media mənbələrinin məlumatına görə, müttəfiqlər arasında bu post uğrunda ciddi mübarizə gedir.
Vaşinqtonda getdikcə daha çox ukraynalı kökləri olan Kanadanın maliyyə naziri 54 yaşlı Kristia Frilanda işarə edirlər.
Keçmiş jurnalist xanım ("The New York Times" qəzetinin müxbiri ilə evlidir) Kanada Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Onun geniş diplomatik təcrübəsi var. Friland beş dildə (ingilis, fransız, italyan, ukrayna və rus) danışır. Üstəlik, o, qadındır. Bu günlərdə bu, böyük üstünlükdür. Qərb ölkələrində (ABŞ-ın vitse-prezidenti Kamala Harrisdən tutmuş İtaliyanın yeni baş naziri Corci Meloniyədək) qadınların rəhbər vəzifələrə gəlməsindən sonra NATO-da gender balansı haqqında düşünülür.
Şimali Atlantika Alyansının faktiki rəhbəri olan ABŞ namizəd irəli sürmür. Onların generalı onsuz da Avropada ali baş komandandır. Vaşinqton özünün sadiq şimal qonşularına güvənir.
Eyni zamanda, Aİ öz baş katibini istəyir. Təəccüblü deyil: NATO-nun 30 ölkəsindən 21-i Avropa ölkələridır. İsveç və Finlandiya ilə isə - 32-dən 23-ü olacaq.
Avropada isə qadınlar da daxil olmaqla bir neçə güclü fiqur var. Bunlar Estoniyanın baş naziri Kaya Kallas, Slovakiya prezidenti Zuzana Çaputova və 2015-2020-ci illərdə Xorvatiyanın rəhbəri olmuş, eyni zamanda NATO-da baş katibin köməkçisi vəzifəsində çalışmış Kolinda Qrabar-Kitaroviçdir. Böyük Britaniya müdafiə naziri Ben Uollesi təklif etməyə hazırdır.
Hesab olunur ki, NATO baş katibi formal vəzifədir, bütün qərarlar Vaşinqton ofislərində verilir. Bununla belə, alyansın lideri otuz ölkə arasında konsensusa görə ictimaiyyət qarşısında məsuldur. Həmin Stoltenberq "açıq qapılar" prinsipini irəli sürməklə, İsveç və Finlandiyaya "açıq qollar" vəd etməklə yanaşı, Türkiyəyə təsir göstərə bilmədiyi üçün ciddi tənqid edilib. NATO-nun birliyindən isə təkcə bu hərbi blokun deyil, Ukrayna kimi nəzərlərini ondan çəkməyən ölkələrin də gələcəyi asılıdır.
Xəbər lenti
0