https://sputnik.az/20221121/boyuk-britaniyada-2020-ci-ilin-may-ayindan-beri-istehsalin-en-guclu-azalmasi-qeyde-alinib-448794857.html
Böyük Britaniyada 2020-ci ilin may ayından bəri istehsalın ən güclü azalması qeydə alınıb
Böyük Britaniyada 2020-ci ilin may ayından bəri istehsalın ən güclü azalması qeydə alınıb
Sputnik Azərbaycan
Oktyabr ayında on dörd əsas istehsal, xidmət və tikinti sektorunun on ikisində göstəricilərin azalması müşahidə olunub. 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T23:33+0400
2022-11-21T23:33+0400
2022-11-21T23:33+0400
böyük britaniya
dünya xəbərləri
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/06/16/443183714_0:163:2693:1678_1920x0_80_0_0_402db58e0b25843357b62eba26d94777.jpg
BAKI, 21 noyabr — Sputnik. Böyük Britaniya istehsalı iqtisadiyyatın COVID-19 pandemiyasından ağır zərbə aldığı 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.Bu barədə bazar ertəsi "The Times" qəzeti Böyük Britaniyanın ən böyük maliyyə institutlarından biri olan "Lloyds Banking Group"un məlumatlarına istinadən bildirib.Bankın məlumatına görə, oktyabr ayında on dörd əsas istehsal, xidmət və tikinti sektorunun on ikisində göstəricilərin azalması müşahidə olunub."Lloyds Banking Group"un nümayəndəsinin sözlərinə görə, "daxili problemlər və qlobal tendensiyaların birləşməsi iqtisadi tənəzzülə səbəb olub"."Vəziyyət qeyri-adidir: o, rekord səviyyədə aşağı işsizlik və yüksək inflyasiya ilə birləşir", - deyə o, əlavə edib. Onun fikrincə, hazırda 11,1% olan inflyasiyanın yüksək tempi ingilisləri xərcləri azaltmağa məcbur edib.Bundan əvvəl Büdcə Məsuliyyəti İdarəsi (Office for Budget Responsibility, OBR) Böyük Britaniyanın tənəzzüldə olduğunu bildirən hesabat yayıb. Agentliyin fikrincə, iqtisadi artıma ən böyük mənfi təsir Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə Qərbin qarşıdurması fonunda mart ayından bəri müşahidə olunan enerji qiymətlərinin artmasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/16/443183714_0:0:2393:1795_1920x0_80_0_0_8083893d6866ae7bb3903b3b181473b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
böyük britaniya, rusiya, ukrayna
böyük britaniya, rusiya, ukrayna
Böyük Britaniyada 2020-ci ilin may ayından bəri istehsalın ən güclü azalması qeydə alınıb
Oktyabr ayında on dörd əsas istehsal, xidmət və tikinti sektorunun on ikisində göstəricilərin azalması müşahidə olunub.
BAKI, 21 noyabr — Sputnik. Böyük Britaniya istehsalı iqtisadiyyatın COVID-19 pandemiyasından ağır zərbə aldığı 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.
Bu barədə bazar ertəsi "The Times" qəzeti Böyük Britaniyanın ən böyük maliyyə institutlarından biri olan "Lloyds Banking Group"un məlumatlarına istinadən bildirib.
Bankın məlumatına görə, oktyabr ayında on dörd əsas istehsal, xidmət və tikinti sektorunun on ikisində göstəricilərin azalması müşahidə olunub.
"Lloyds Banking Group"un nümayəndəsinin sözlərinə görə, "daxili problemlər və qlobal tendensiyaların birləşməsi iqtisadi tənəzzülə səbəb olub".
"Vəziyyət qeyri-adidir: o, rekord səviyyədə aşağı işsizlik və yüksək inflyasiya ilə birləşir", - deyə o, əlavə edib. Onun fikrincə, hazırda 11,1% olan inflyasiyanın yüksək tempi ingilisləri xərcləri azaltmağa məcbur edib.
Bundan əvvəl Büdcə Məsuliyyəti İdarəsi (Office for Budget Responsibility, OBR) Böyük Britaniyanın tənəzzüldə olduğunu bildirən hesabat yayıb. Agentliyin fikrincə, iqtisadi artıma ən böyük mənfi təsir Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə Qərbin qarşıdurması fonunda mart ayından bəri müşahidə olunan enerji qiymətlərinin artmasıdır.