https://sputnik.az/20221121/azerbaycanin-elektrik-enerjisinin-istehsali-ixraci-artib-448815233.html
Azərbaycanın elektrik enerjisinin istehsalı, ixracı artıb
Azərbaycanın elektrik enerjisinin istehsalı, ixracı artıb
Sputnik Azərbaycan
Azərbaycanın Türkiyəyə 940,5 mln. kVt·st, Gürcüstana 694,1 mln. kVt·st, İrana 95,6 mln. kVt·st, Rusiyaya 75,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T21:28+0400
2022-11-21T21:28+0400
2022-11-21T21:28+0400
elektrik enerjisi
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/40632/92/406329225_0:0:1280:721_1920x0_80_0_0_d7d8d2c29aca9505b792a5e9e357ed50.jpg
BAKI, 21 noyabr — Sputnik. Cari ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə elektrik enerjisinin istehsalı 807 mln. kVt·st artımla 21,5 mlrd. kVt·st, ixracı isə 775,5 mln. kVt·st artaraq 1,8 mlrd. kVt·st təşkil edib. Türkiyəyə 940,5 mln. kVt·st, Gürcüstana 694,1 mln. kVt·st, İrana 95,6 mln. kVt·st, Rusiyaya 75,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib.Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Azərbaycanda külək enerjisi ilə bağlı vəziyyətə dair Sputnik Azərbaycanın sorğusuna cavab olaraq bildirilib.Bundan başqa, qeyd olunub ki, 2020-ci ildə dünya üzrə bərpa olunan enerji istehsalı 7.5 milyon QVt-st olub. Külək enerjisinin payı 1.6 milyon QVt·st olmaqla ümumi "yaşıl enerji" istehsalının 21%-ni təşkil edib. İstehsal üzrə ilk beşlikdə olan ölkələr Çin (467 037 QVt·st), ABŞ (341 818 QVt·st), Almaniya (132 102 QVt·st), Hindistan (75 369 QVt·st), İspaniya (63 522 QVt·st) olub.Agentlikdən verilən məlumatda ayrıca olaraq dünyada elektrik enerjisinin nə qədər hissəsinin külək enerjisindən əldə olunduğu da qeyd olunub: “2021-ci ildə dünyada bərpa olunan enerjinin qoyuluş gücü 3000 QVt-dan bir qədər çox olub ki, bunun 824 QVt-a yaxın hissəsi külək enerjisinin payına düşüb. Külək enerjisi ümumi bərpa olunan enerji üzrə qoyuluş gücünün 27%-ni təşkil edib. Qoyuluş gücünə görə ilk beşlikdə yer alan ölkələr Çin (329 QVt), ABŞ (133 QVt), Almaniya (64 QVt), Hindistan (40 QVt), İspaniya (28 QVt) olub.Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının 27-ci İqlim Dəyişikliyi Konfransı , adətən UNFCCC Tərəflərinin Konfransı və ya COP27 olaraq adlandırılan İqlim Dəyişikliyi Konfransında alternativ enerji mənbələrinin potensialı müzakirə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40632/92/406329225_0:0:1280:960_1920x0_80_0_0_decd595430e3566b502f56b0fb73165b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elektrik enerjisi
Azərbaycanın elektrik enerjisinin istehsalı, ixracı artıb
Azərbaycanın Türkiyəyə 940,5 mln. kVt·st, Gürcüstana 694,1 mln. kVt·st, İrana 95,6 mln. kVt·st, Rusiyaya 75,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib
BAKI, 21 noyabr — Sputnik. Cari ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə elektrik enerjisinin istehsalı 807 mln. kVt·st artımla 21,5 mlrd. kVt·st, ixracı isə 775,5 mln. kVt·st artaraq 1,8 mlrd. kVt·st təşkil edib. Türkiyəyə 940,5 mln. kVt·st, Gürcüstana 694,1 mln. kVt·st, İrana 95,6 mln. kVt·st, Rusiyaya 75,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Azərbaycanda külək enerjisi ilə bağlı vəziyyətə dair Sputnik Azərbaycanın sorğusuna cavab olaraq bildirilib.
Bundan başqa, qeyd olunub ki, 2020-ci ildə dünya üzrə bərpa olunan enerji istehsalı 7.5 milyon QVt-st olub. Külək enerjisinin payı 1.6 milyon QVt·st olmaqla ümumi "yaşıl enerji" istehsalının 21%-ni təşkil edib. İstehsal üzrə ilk beşlikdə olan ölkələr Çin (467 037 QVt·st), ABŞ (341 818 QVt·st), Almaniya (132 102 QVt·st), Hindistan (75 369 QVt·st), İspaniya (63 522 QVt·st) olub.
Agentlikdən verilən məlumatda ayrıca olaraq dünyada elektrik enerjisinin nə qədər hissəsinin külək enerjisindən əldə olunduğu da qeyd olunub: “2021-ci ildə dünyada bərpa olunan enerjinin qoyuluş gücü 3000 QVt-dan bir qədər çox olub ki, bunun 824 QVt-a yaxın hissəsi külək enerjisinin payına düşüb. Külək enerjisi ümumi bərpa olunan enerji üzrə qoyuluş gücünün 27%-ni təşkil edib. Qoyuluş gücünə görə ilk beşlikdə yer alan ölkələr Çin (329 QVt), ABŞ (133 QVt), Almaniya (64 QVt), Hindistan (40 QVt), İspaniya (28 QVt) olub.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının 27-ci İqlim Dəyişikliyi Konfransı , adətən UNFCCC Tərəflərinin Konfransı və ya COP27 olaraq adlandırılan İqlim Dəyişikliyi Konfransında alternativ enerji mənbələrinin potensialı müzakirə olunub.