https://sputnik.az/20221121/azerbaycan-prezidenti-kasim-jomart-tokayeve-zeng-edib-448816805.html
Azərbaycan prezidenti Kasım-Jomart Tokayevə zəng edib
Azərbaycan prezidenti Kasım-Jomart Tokayevə zəng edib
Sputnik Azərbaycan
Dövlət başçısı Kasım-Jomart Tokayevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ona aparılan islahatların həyata keçirilməsi işində... 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T18:30+0400
2022-11-21T18:30+0400
2022-11-21T18:30+0400
kasım-jomart tokayev
siyasət
prezident ilham əliyev
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445327796_0:160:3072:1888_1920x0_80_0_0_8ade996bac966096b53bc1d11cd79496.jpg
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Kasım-Jomart Tokayevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində, o cümlədən aparılan islahatların həyata keçirilməsi işində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.Söhbət zamanı Qazaxıstan Prezidentinin ölkəmizə son rəsmi səfəri çərçivəsində, eləcə də oktyabr ayında Astanada dövlət başçıları arasında keçirilmiş görüşlər məmnunluqla xatırlanıb, həmin görüşlərdə əldə edilmiş razılıqların uğurla icra edildiyi qeyd olunub.Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.Dəvət məmnunluqla qəbul olunub.Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445327796_171:0:2902:2048_1920x0_80_0_0_b6cbc15afc5ed67d286041e0d88ddd76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kasım-jomart tokayev, prezident ilham əliyev, qazaxıstan
kasım-jomart tokayev, prezident ilham əliyev, qazaxıstan
Azərbaycan prezidenti Kasım-Jomart Tokayevə zəng edib
Dövlət başçısı Kasım-Jomart Tokayevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ona aparılan islahatların həyata keçirilməsi işində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Kasım-Jomart Tokayevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində, o cümlədən aparılan islahatların həyata keçirilməsi işində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Söhbət zamanı Qazaxıstan Prezidentinin ölkəmizə son rəsmi səfəri çərçivəsində, eləcə də oktyabr ayında Astanada dövlət başçıları arasında keçirilmiş görüşlər məmnunluqla xatırlanıb, həmin görüşlərdə əldə edilmiş razılıqların uğurla icra edildiyi qeyd olunub.
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.