https://sputnik.az/20221121/abseron-sahillerine-plastik-qar-nece-yagib-448808400.html
Abşeron sahillərinə "plastik qar" necə yağıb?
Abşeron sahillərinə "plastik qar" necə yağıb?
Sputnik Azərbaycan
Rövşən Abbasovun fikrincə, qəzanın harada baş verdiyi məlum olmasa da, plastik tullantının Xəzəryanı ölkələrin akvatoriyasından Azərbaycana sualtı axınlarla... 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T16:18+0400
2022-11-21T16:18+0400
2022-11-21T16:18+0400
azərbaycan xəbərləri
xəzər
plastik
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/15/448806270_0:0:2048:1152_1920x0_80_0_0_495aa9b1e6d9fa2dabac506c2f4055e5.jpg
BAKI, 21 noyabr - Sputnik. Bakının Göradil və Fatmai kəndlərinin sahilində çoxlu sayda plastik qırıntıları aşkarlanıb. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb. Bəs bu plastik hissəciklər Abşeron sahillərində necə peyda olub? Ətraf mühit üzrə ekspert Rövşən Abbasov @SputnikAz-la söhbətində plastik dənəciklərin yük gəmisində qəza nəticəsində sahilə atılması ehtimalını irəli sürüb. Onun fikrincə, qəzanın harada baş verdiyi məlum olmasa da, plastik tullantının Xəzəryanı ölkələrin akvatoriyasından Azərbaycana sualtı axınlarla çatdırılması mümkündür. Eyni zamanda ekoloq dənizin tullantılarla əhali tərəfindən çirkləndirildiyini istisna edib. Abbasov qeyd edib ki, yerli sakinlərin plastik dənəciklər əldə etməsi qəliz məsələdir. “Suyun və sahilyanı ərazilərin plastiklə çirklənməsi baş veribsə, bunun nəticələrini yaxın zamanda görmək olacaq. Plastiklə qidalanan balıq və quşlar tələf olmağa başlayanda bu bilinəcək”, - deyə ekspert vurğulayıb.Ekologiya və təbii sərvətlər nazirliyi isə hadisənin səbəblərini araşdırdığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/15/448806270_395:0:1931:1152_1920x0_80_0_0_46e86b782d84a769bf11d4e6611c60cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər, plastik
Abşeron sahillərinə "plastik qar" necə yağıb?
Rövşən Abbasovun fikrincə, qəzanın harada baş verdiyi məlum olmasa da, plastik tullantının Xəzəryanı ölkələrin akvatoriyasından Azərbaycana sualtı axınlarla çatdırılması mümkündür.
BAKI, 21 noyabr - Sputnik. Bakının Göradil və Fatmai kəndlərinin sahilində çoxlu sayda plastik qırıntıları aşkarlanıb. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Bəs bu plastik hissəciklər Abşeron sahillərində necə peyda olub?
Ətraf mühit üzrə ekspert Rövşən Abbasov @SputnikAz-la söhbətində plastik dənəciklərin yük gəmisində qəza nəticəsində sahilə atılması ehtimalını irəli sürüb.
Onun fikrincə, qəzanın harada baş verdiyi məlum olmasa da, plastik tullantının Xəzəryanı ölkələrin akvatoriyasından Azərbaycana sualtı axınlarla çatdırılması mümkündür.
Eyni zamanda ekoloq dənizin tullantılarla əhali tərəfindən çirkləndirildiyini istisna edib.
Abbasov qeyd edib ki, yerli sakinlərin plastik dənəciklər əldə etməsi qəliz məsələdir.
“Suyun və sahilyanı ərazilərin plastiklə çirklənməsi baş veribsə, bunun nəticələrini yaxın zamanda görmək olacaq. Plastiklə qidalanan balıq və quşlar tələf olmağa başlayanda bu bilinəcək”, - deyə ekspert vurğulayıb.
Ekologiya və təbii sərvətlər nazirliyi isə hadisənin səbəblərini araşdırdığını bildirib.